Nizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTO

Nizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTOFevralın 21-də Diasporla İş üzrə Dövlət Komitəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin seçilmiş əsərlərinin rus dilində nəşr olunan "Haqq" ("Истина") adlı toplusunun təqdimatı keçirilib.

BiG.AZ xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan "Sirlər xəzinəsi" poeması və müxtəlif şeirləri, qəzəlləri yer alıb.

Kitab Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan etdiyi sərəncamla başlayır. Daha sonra dahi şairin həyatı haqqında maraqlı məlumatlar, onun incəsənətdə təcəssümü barədə yazılar təqdim olunur.

Yazılar Nizaminin rəsmləri ilə növbələşir. Əsas hissədə seçilmiş əsərlər şairin daxili dünyasını əks etdirir.

Kitabın sonunda Gəncə muzeyindən əldə olunmuş fotoşəkillər verilib.

Qeyd edək ki, təqdim olunan fotomateriallar kitabda ilk dəfə nəşr olunur.

Kitabın tərtibçiləri sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova və Sevda Məmmədova, məsul redaktorları Fidan Ağayeva, Şəfəq Hacıyeva və Natəvan Fərzəliyevadır. Kitab Feyzi Ağayevin maddi dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunub.

Təqdimat mərasimində çıxış edən Feyzi Ağayev bildirib ki, harada yaşamalarından asılı olmayaraq, bir azərbaycanlı kimi əsas vəzifə dilimizi, tariximizi, ədəbiyyatımızı təbliğ etmək və tanıtdırmaqdır.

Qırx beş ildən çoxdur Rusiyanın Sankt-Peterburq şəhərində yaşadığını deyən F.Ağayev diqqətə çatdırıb ki, dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır və ölkədən xaricdəki azərbaycanlılar, xüsusilə gənclər çox fəal olmalı, diaspor təşkilatları ilə sıx işləməlidirlər.

Nizami Gəncəvinin seçilmiş əsərlərinin nəşrindən əvvəl Azərbaycanın bir sıra görkəmli yazıçılarının və şairlərinin əsərlərinin də onun tərəfindən çap olunduğunu vurğulayan naşir bildirib ki, Nizami Gəncəvinin seçilmiş əsərlərinin yer aldığı kitab Sankt-Peterburqda kitabxanalara paylanıb. Diqqətə çatdırılıb ki, bu kitabın Rusiyanın digər şəhərlərinin kitabxanalarına da verilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, ədib və mütəfəkkirlərimizin dünyada tanıdılması üçün onların əsərlərinin xarici dillərdə nəşr olunması çox vacibdir.

Qeyd edək ki, Feyzi Ağayev bundan əvvəl İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin əsərlərini rus dilində nəşr etdirib.

Nizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTOSənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və digərləri Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyaya tanıdılmasının əhəmiyyətindən danışaraq, diaspor təşkilatlarının fəallığının artırılmasının vacibliyini vurğulayıblar.

Nizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONizami Gəncəvinin rus dilində nəşr edilmiş əsərlərinin təqdimat mərasimi keçirildi - FOTONatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 772   Tarix: 21 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

27.04.2024 765
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 82
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

27.04.2024 344
.

Norveç Ukraynaya təxminən bir milyard kron məbləğində hərbi yardım verdi

Son aylarda Norveç Ukraynaya təxminən bir milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım verib. Yardıma artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçü

27.04.2024 128
.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

27.04.2024 71
.

Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". Bu barədə "Reuters" xəbər yayıb. Bildirilir ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir. "Sülhməramlıların bütün zirehli texnikası, o cümlədə

27.04.2024 189
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

27.04.2024 134
.

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyini

27.04.2024 145
.

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanı

27.04.2024 163