Ayaq sağlamlığı ayaqqabı seçimindən çox asılıdır
Çox vaxt ayaqqabı almaq üçün seçim edərkən onun keyfiyyət və rahatlığından daha çox görünüşünə fikir verirlər. Lakin ayaqqabı mütləq ayağa uyğunlaşmalı, uzunluğu və eni mütənasib olmalıdır. Yanlış ayaqqabı seçimi ayaqda deformasiyaya səbəb olmaqla yanaşı, bel və onurğaya da mənfi təsir göstərir.
Ortopedlər təbii dəridən hazırlanan ayaqqabılardan istifadə etməyi tövsiyə edirlər. Süni və sintetik materiallarda məsamələr olmadığından ayaqda xoşagəlməz qoxu yaranır.
Xezerxeber.az xəbər verir ki, həkim-ortoped Ramin Rzayev deyib: "Seçim edərkən, ilk növbədə, ayaqqabının pəncə ölçüsünə uyğun olmasına fikir vermək lazımdır. Ayaqqabı nə çox hündürdaban, nə də dabansız olmamalıdır. Orta dabanlı ayaqqabılara üstünlük verilməlidr. Seçim zamanı ayaqqabıların ortopedik, həm üst, həm alt materialına görə elastik, materialı dəridən nəm çəkə bilən olmasına diqqət yetirmək lazımdır. Ayaqqabı içliyinin, yəni tərliyin pəncə altına uyğun olaraq ortopedik olması məsləhət görülür".
Ayaqqabının elastik və yumşaq altlıqlı olması çox vacibdir. Xanımların dikdaban ayaqqabılardan gündəlik istifadəsi də məsləhət deyil, çünki həmin ayaqqabı bədənin bütün ağırlıq mərkəzini qabağa çəkir. Onurğa, bel, kürək nayihələrindəki əzələlər yüklənir və gərginləşir: "Pəncənin altında, xüsusən barmaqlarda dəri döyənəklərin yaranması və hətta bəzən xüsusən qadınlarda uzun müddət hündürdaban, barmaq və pəncələri sıxışdıran ayaqqabılar geyindikdə barmaq və pəncədə müəyyən deformasiyalar yaranmasına səbəb olur. Nadir hallarda isə barmaqlara gedən sinirlərdə törəmələrin yaranmasına və kəskin ağrılara aparıb çıxarır", - deyə həkim-ortoped bildirib.
Bundan başqa düzgün seçilməyən ayaqqabı dəridə səpgi və göbələklərin yaranmasına da səbəb ola bilər. Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova deyib: "Ayaqqabı sintetik materialdandırsa, pambıq corablar geyinmək daha yaxşıdır, çünki ayaqlar aşırı dərəcədə tərlədikdə kontakt dermatiti, hiperhidroz deyilən xəstəlik nəticəsində qaşınan səpgilər və barmaq arasında tərin tərkibindəki duzların qıcıqlandırması nəticəsində bişməcələr, barmaqarası göbələyə qədər ağırlaşmalar müşahidə oluna bilər".
Sağlamlıq hər şeydən üstündür. Ona görə də ayaqqabı alarkən onun yaraşığına yox, hərəkət edərkən ayağa nə qədər rahat olmasına fikir vermək lazımdır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 574 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292