Avtovağzal ətrafında daha tıxac olmayacaq

Avtovağzal ətrafında daha tıxac olmayacaqBakı Şəhər Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu, Bakı avtovağzalı ətrafında qanunsuz taksi fəaliyyəti ilə məşğul olan və avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülərə qarşı reyd keçirib.

Mənim hazırda dayandığım ərazi, bir neçə gün öncə nəinki avtomobillər, hətta piyadaların belə güc-bəla ilə hərəkət etdiyi bir yerə çevrilmişdi. Çünki burada qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan insanlar vardı. Hansılar ki, yolun hərəkət hissəsində maşınlarını saxlayırdılar və bu da tıxaca səbəb olurdu. Bəli, doğru anladınız, bura avtovağzal ətrafı ərazidir. Hazırda polis əməkdaşları məsələ ilə bağlı tədbir görür, yolun hərəkət hissəsində dayanan maşınlara qarşı reydlər həyata keçirir.

DİN-in mətbuat xidmətinin əməkdaşı deyir ki, əraziyə cəlb edilən polis əməkdaşlarının keçirdiyi reyddən sonra yol boyu yaranmış süni tıxac aradan qaldırılıb: "Hazırda olduğumuz yer Binəqədi rayonu ərazisindədir. Avtovağzalın ətrafında, bəzi hallarda rayona sərnişin daşıyan nəqliyyat vasitələrini sürücülər yolun hərəkət hissəsində saxlayırdı və bu da digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Nəzərinizə çatdıraq ki, burada 24 saat polis əməkdaşları xidmət göstərir. Mümkün tıxacın qarşısının alınması üçün zəruri tədbirlər görülür".

Nurlan Əliyev eyni zamanda sürücüləri narahat edən bəzi sualları da cavablandırıb: "Taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi ərazilər ayrılıb. Bakı şəhərində bu cür ərazilər kifayət qədərdir. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər də bu qaydalara mütləq şəkildə əməl etməlidir".

Qeyd edək ki, paytaxt ərazisində sərnişin, piyada və avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.//APA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1378   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:28 164
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18:50 128
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

21:00 58
.

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər. Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyin

17.05.2024 1036
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

22:30 0
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 227
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

19:40 95
.

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq. "Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdi

18:30 120
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

17:20 139