Anar Rzayev TIR-la yolu bağlayan şəxs haqqında: "Həmin sahibkarla özüm görüşmüşəm"

Anar Rzayev TIR-la yolu bağlayan şəxs haqqında: "Həmin sahibkarla özüm görüşmüşəm""Bu gün müzakirə etdiyimiz mövzu bir daşıyıcının narazılığıdır. Bu narazılığı ictimailəşdirməzdən qabaq da onun etirazları dinlənilmişdi. Kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan "Diqqət Mərkəzi" proqramında yayılan söz-söhbətlərə aydınlıq gətirərkən deyib.

O bildirib ki, həmin sahibkarla şəxsən özü də görüşüb:

"Mən onunla görüşdüyüm kimi digər sahibkarlarla da görüşmüşəm, izahatlar vermişəm. Onlara bölgü sisteminin necə olacağı ilə bağlı məlumat vermişik. Bunun çox təfərrüatına getmək istəmirəm. Belə deyim ki, defisit olan icazələri, mövcud olan yüklənmiş yükün qarşısında verək. Yəni, gömrük tərəfindən rəsmiləşdirilmiş sənədi təqdim edən nəqliyyat vasitəsinin həmin dəqiqə nömrəsi yazılır və icazəsi verilir. Hazırda da icazələr bu formada həyata keçirilir. Biz daşıyıcıları da məlumatlandırırıq.

Digər bölgü üsulu bazar payına uyğun olaraq həyata keçirilir. Böyük və kiçik daşıyıcılar var. Aydın məsələdir ki, böyük daşıyıcıların payı nisbətən daha böyük olmalıdır. Söhbət burada faizdən gedir, saydan yox. Bu mexanizm qurulub, daşıyıcılar da bundan razıdır. Hər kəs də bu icazələrdən istəyir. Amma hamı bilir ki, bu icazələr hər kəsə müəyyən bir pay kimi çatmalıdır. Elə bir şey yoxdur ki, kiməsə heç nə çatmasın, kiməsə çox çatsın. Hər kəs də bununla razılaşır və öz payını götürür. Bu daşıyıcıya da eyni qaydada pay verilib, mən şəxsən oktyabr ayında daşıyıcı ilə görüşüb, izah etmişəm. Daşıyıcı tərəfindən həmin vaxt bizə təqdim edilən sənədlərin tam reallığı əks etdirməməsi aşkarlanıb. Bir neçə ay davam edən müzakirələrdən sonra nəhayət daşıyıcı razılaşdı ki, sənədlər tam reallığı əks etdirmir. Ona da izah verildi. Bildiyim qədər bu daşıyıcının 30-a yaxın avtomobili var. Kiçik bir daşıyıcının payını 150-200 maşını olan böyük daşıyıcının payından çox etmək ədalətli olmaz. Daha çox pay istəyir, amma biz bu payı ona vermək üçün digər daşıyıcıların payından götürməliyik. Bu halda ədalətli bölgü pozulur, bu isə digər daşıyıcıların ciddi narazılığına səbəb ola bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 992   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb

Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən yeddi evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlə

18.05.2024 185
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18.05.2024 98
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581
.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

18.05.2024 579