Məsciddə qorunan 150 illik çıraq - VİDEO

Məsciddə qorunan 150 illik çıraq - VİDEOSalyanın Mirəşrəf ağa məscidində qorunub saxlanılan, uzunluğu 1 metr, ağırlığı 70 kiloqram olan çırağın 150-dən çox yaşı var. Həmin çıraqla eyni formalı çırağın taleyi barədə isə məlumat yoxdur.

Xeyriyyəçi usta Hacı Tağı 110 il əvvəl Mirəşrəf ağa məscidini tikdirib istifadəyə verən zaman Rusiyada hazırlanan həmin çıraq da məscidə bağışlanıb. Həmin vaxtda belə çırağın istehsal tarixi 30-40 il əvvələ aid olub. Nəhəng çıraqdan həm istilik, həm də işıqlandırma məqsədilə istifadə olunub. Çıraq 110 il əvvəl tavana asıldığı kimi yeri dəyişdirilmədən bu günə qədər qorunub saxlanılıb.

Ötən əsrin 50-ci illərinə kimi istifadə olunan çıraq yalnız neftlə işlədiyindən yanacağın doldurulması üçün çırağın endirilib-qaldırılması zamanı xüsusi qurğudan istifadə olunur. Qış aylarında isə yarıendirilmiş formada saxlanılan çıraq məscidi tam istiliklə təmin edə bilir.
Rusiyadan gətirilmiş çıraqlardan digərinin izləri isə ötən əsrin 90-cı illərində yoxa çıxıb və bu günədək çırağın taleyi naməlum olaraq qalır.

Ətraflı Baku TV-nin süjetində:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1317   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətiml

13.05.2024 1567
.

"Oğluma deyirəm ki, istədiyin kimi yaşa, qənaət etmə"

"Kişi ağııllıdırsa, demək, güclüdür. Gedib ağıllı qadınla evlənəcək". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Elgizlə izlə" verilişində deyib. Müğənni oğlundan danışıb:. "Qənaət çox etmək lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki. Oğluma d

14.05.2024 1320
.

"Heç kəsə yiyə duran yoxdur"

Aparıcı İlhamə Bədəlova çıxışı ilə diqqət çəkib. OLAY yazır ki, o, "Həkimsən" verilişində müzakirəli fikirlər səsləndirib:. "Dediniz ki, bizə yiyə duran yoxdur. Ümumiyyətlə, heç kəsə yiyə duran yoxdur. Birinci, insan özü özünə yiyə durmalıdır, ikinci, ailəsi ona sahib çıxmalıdır, dah

15.05.2024 729
.

"Başqalarının xoşbəxt olması üçün özümü unutdum"

"Həyat yolunun tən ortasına gəlib çatdım. Hər zaman başqalarının xoşbəxt olması üçün düşünə-düşünə özümü unutdum". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında yazıb. "Xoşbəxtlik mənə əl edib, yanımdan keçib getdi. Olsun. Təki mərhəməti

12.05.2024 562
.

Hande Yener konsert üçün Avropa turuna çıxacaq

Türkiyəli müğənni Hande Yener konsert üçün Avropa turuna çıxacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Müğənni anasının vəfatından sonra 2 aydır ki, konsert vermirdi

13.05.2024 312
.

"Bizə 3 aya boşanarlar dedilər" - Doğuş

"Bizim evliliyimiz üçün 3 aya boşanarlar dedilər. Sonra övladlarım oldu. Niyə boşanım? Çox xoşbəxtəm". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Doğuş türk mətbuatına bildirib. "Ailə müqəddəsdir. Övladlarım mənsiz qala bilmir. Onlarla bir-birimizə çox bağlıyıq. Allah ayrılıq yazıbsa

13.05.2024 575
.

Aygün Kazımova "Xarıbülbül"ün bağlanışında aşıq mahnısı oxudu

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub. BİG.az xəbər verir ki, bağlanış mərasimində Xalq artisti Aygün Kazımova da səhnəyə çıxıb. Ölkənin əsas ulduzu festival üçün xüsus

14.05.2024 3670
.

"Pul insanı dəyişdirməz" - Dubaydan paylaşım

Müğənni Təranə Qumral Dubaydan paylaşım edib. OLAY yazır ki, sənətçi fotolarına maraqlı şərh yazıb:. "Pul insanı dəyişdirməz. Həqiqətdə kim olduğunu göstərər"

13.05.2024 1102
.

"Qınadığım hər şey başıma gəlib" - Pelin Akıl

"Qınadığım hər şey başıma gəlib. Bundan dərs çıxardım". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Pelin Akıl deyib. "Bu səbəbdən həmişə addımlarımı diqqətli atıram" ,- deyə o əlavə edib

13.05.2024 591