Azərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLAR

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLAR4 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gənclər gününə həsr olunmuş "Yeni gənclik" musiqi günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən növbəti möhtəşəm konsertin şahidi olduq.

Azərbaycan gəncliyinin düzgün yetişdirilməsi hər zaman dövlətimizin prioritet məsələlərindən biri olmuşdur. Bütün sahələrdə olduğu kimi musiqi və incəsənət sahəsində də gənclərimizin təhsil üzrə inkişafı proqramı öz vacibliyini qoruyub saxlayır və bu istiqamətdə görülən işlər gənc nəsil üçün fundamental zəmin yaradır. Sözügedən tədbir birbaşa olaraq bu fikirlərin bariz nümunəsi və təsdiqidir.

Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının iki parlaq və istedadlı məzunu – Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, pianoçu Vüsalə Babayeva və Beynəlxalq müsabiqələr laureatı, dirijor, Prezident mükafatçısı Mustafa Mehmandarov iştirak etmişlər. Konsert proqramına dünya şöhrətli polyak bəstəkarı Frederik Şopenin Fortepiano və orkestr üçün 1 №-li konserti (e-moll, op. 11) və Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin "Don Kixot" simfonik qravürləri daxil edilmişdir. Proqram seçimini xüsusilə vurğulayaraq söyləməliyik ki, Qərb və Şərq musiqi mədəniyyətinin tərənnümü tədbirə özünəməxsus ecazkarlıq qatmışdır. Pianoçu Vüsalə Babayevanın ifasında təcəssümünü tapmış Şopen yaradıcılığının lirik, eyni zamanda dramatik obrazları, oxunaqlı melodiyası, digər tərəfdən texniki cəhətdən mürəkkəb üslublu musiqisi sanki tamaşaçıya XIX əsrin sehrli, əsrarəngiz aləmini xatırladırdı. Böyük bəstəkarımız Qara Qarayevin "Don Kixot" əsəri dinləyicilərdə tamamilə fərqli hisslər oyada bilmişdir. Migel de Servantesin qəhrəmanı – Don Kixotun haqsızlıqla mübarizəsi, onun saf sevgisi, faciəvi sonluğu Mustafa Mehmandarovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tam dolğunluğu ilə əks olunmuşdur.

Bu iki istedadlı gənc musiqiçi BMA-nın məktəb-studiyasının yetirmələridir. Hər ikisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirərək dəyərli professorlarımızdan dərs almışlar. Belə ki, Mustafa Mehmandarov BMA-nın məktəb-studiyasının violin ixtisası üzrə mərhum professor Bayandur Mehdiyevin sinfini, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında isə professor Zəhra Quliyevanın sinfini bitirmişdir. O, violin ifaçısı kimi Bolqarıstan, Lüksemburq, İtaliya və Avstriyada keçirilən bir sıra beynəlxalq müsabiqələrin laureatı olmuşdur.
Dirijorluq üzrə ilk dərslərini görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayevdən almışdır. 2013-cü ildə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirərək Avstriyada Vyana konservatoriyasının "Opera-simfonik dirijorluğu" fakültəsinə daxil olmuşdur. Fəxr hissi ilə qeyd etməliyik ki, o, 2018-ci ildə Vyana Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən ilk Azərbaycanlı dirijordur.

Hazırda Mustafa Mehmandarov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, "Caspian Virtuosos" Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Beynəlxalq Kamera Orkestrinin qonaq-dirijoru vəzifələrində çalışır. Çox sayda konsert və tədbirlərdə Azərbaycanı layiqincə təmsil edərək tanınmış simfonik orkestrlərin iştirakı ilə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Serbiya və digər ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.

İstedadlı pianoçu Vüsalə Babayeva Orta ixtisas musiqi məktəb-studiyasının Azərbaycanın Əməkdar müəllimi Ayşa Əliyevanın sinfini bitirdikdən sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinə daxil olur. O, professorlar – Oqtay Abasquliyev və Nərminə Quliyevanın tələbəsi, "Sabah" qrupunun məzunudur. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin gənci" fəxri adına layiq görülüb. Bolqarıstan, Estoniya, Almaniya, Çexiyada keçirilən bir sıra nüfuzlu müsabiqələr laureatıdır.
Vüsalə Babayeva dəfələrlə müxtəlif konsert və festivallarda solo və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib. Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış etmişdir.

Gənc pianoçu xanım haqqında iki film çəkilib: Azərbaycan Təhsil Nazirliyinin "SABAH" layihəsinin qısametrajlı sənədli filmi və Əbu-Dabi televiziyasının dünyanın qadın musiqiçiləri haqqında film.

Qeyd edək ki, hər iki musiqiçinin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na düşmüşdür.

Azərbaycan gəncliyinin dəyərli nümayəndələri olan bu iki gənc artıq professional musiqiçilərdir. Onların məktəb-studiyanın yetirmələri kimi hər bir nailiyyətləri və uğurları bizi sevindirir və fərəhləndirir. Azərbaycan incəsənətini daim yüksəklərdə qərarlaşdıran dəyərli musiqiçilərimiz dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu yolun layiqli davamçılarıdır.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
Orta ixtisas musiqi məktəb-studiyasının
elmi-metodiki işlər üzrə direktor müavini,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Aytən İbrahimova

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLARAzərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 561   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477