Zeynəb Xanlarovanın bacısı oğlu ölünü necə "dirildib"?

Zeynəb Xanlarovanın bacısı oğlu ölünü necə "dirildib"?Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ilə bağlı yeni fakt üzə çıxıb. Xalq artisitinin bacısı oğlu sən demə, ölü də "dirildə" bilirmiş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Daşqın Nəsirov saxta sənədlərlə özünü 1980-ci ildə dünyasını dəyişən Quliyeva Cəvahir Saleh qızının nəvəsi kimi təqdim edərək mərhumun adına olan torpaq sahəsini ələ keçirib.

Məlumatı Cəvahir Quliyevanın nəvəsi Rza Zeynalov da təsdiqləyib. Onun iddiasına görə, Daşqın Nəsirov müvafiq qurumlara onun nənəsinin guya 2014-cü ildə dünyasını dəyişməsi barədə saxta sənəd təqdim edib:

"Sənədlərlə tanış olduqda məlum oldu ki, Dosti-zadə Ceyhun Oqtay oğlu, Nəsirov Daşqın Şirbala oğlu və hələlik məlum olmayan digər şəxslər əlbir olaraq Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisinə saxta ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, Türkan qəsəbə İcra Nümayəndəliyinin saxta arayışlarını təqdim edərək, guya Quliyeva Cəvahir Saleh qızının nəvəsi olması və guya Cavahir Saleh qızının 11 oktyabr 2014-cü il tarxidə vəfat etdiyini bildiriblər. Halbuki, nənəm 1980-ci ildə dünyasını dəyişib".

Rza Zeynalov bununla bağlı Baş Prokurorluğa da müraciət edib.

Daşqın Nəsirov hazırda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham olunur. Onun barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan Binəqədi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Məhkəmə zərərçəkənlər və onların qanuni nümayəndəsinin Daşqın Nəsirovun məhkəmə dövründə həbsdə saxlanılması haqda vəsatətlərini təmin etməyib.

Cinayət işinə gəlincə, ittihama görə Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və mərhum Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən torpaq sahələrini saxtakarlıqla ələ keçirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2414   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 222
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

12:52 209
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

17:20 101
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

16:35 135
.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 164
.

Evsiz qaldı, amma binanı tərk etmədi: Tayvanda diqqətçəkən olay

Tayvanda 71 yaşlı kişi evini itirdikdən sonra gizlicə yaşadığı mənzil kompleksinin zirzəmisində məskunlaşıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Asia Business Daily qəzeti məlumat yayıb. Məlumata görə, yaşlı kişinin mənzili məhkəmə hərracında satılıb. Evinin əlindən çıxmasından sonr

11:36 185
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

"Barselona"nın futbolçusu arvadı ilə birlikdə öldürüldü

Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində həlak olub. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ekvador klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: "Klub hücum nəticəsində oyunçumuz Mario Pineydanın ölümünü dərin təəssüf hiss

19:30 1
.

TOP MP3