"Canana müqəddəs ana rolunu oynayır" - Kərim ilk dəfə danışdı

"Canana müqəddəs ana rolunu oynayır" - Kərim ilk dəfə danışdıƏməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim Həmidov "Təsir dairəsi" proqramına zəng edərək övladlarının ondan alınaraq anaya verilməsindən danışıb.

Axşam.az xəbər verir ki, Kərim məhkəmə qərarından narazı olduğunu deyib. O, studiyada olan keçmiş həyat yoldaşı Canananı hədələyib:

"Bu, tanışlıq məhkəməsi idi, təxirə salınmalıydı, gözləmirdim. Oğlum Tuncay stress keçirdi ki, biz danışmadıq. Hər zaman övladlarımın arxasındayam. Anaları yanında qalmaq istəyir, lap yaxşı. İndiyənə kimi uşaqlara mən baxmışam. İndi elə bir şeyləri ortaya çıxartmaq məcburiyyətində qalmışam. O, müqəddəs ana rolunu oynayır. Uşaqlarım analarında olsa da onlara baxacam. Heç olmasa məhkəmə düşünərdi ki, ataya haqsızlıqdır. Üçü də anaya verildi. Heç olmasa Tuncay mənə verilərdi, Ruhlan və Mətanət anaya verilərdi. Ali məhkəməyə müraciət edəcəm. Orada nə qərar verilsə, xeyirlisi olsun. Uşaqlarım böyüyəndə onların yanında başım aşağı olmasın. Deməsinlər, ata kimi dalımıza düşmədin. Sona kimi onların arxasınca gedəcəm".

Canana "Sənə dost olmağı təklif etdim. Dedim, iki evimiz var, birində sən, digərində mən qalım" sözlərini deyib.

Kərim onun sözlərinə əsəbiləşərək bunları söyləyib:

"Sənin kimi insandan nə mənə dost, nə tanış lazımdır. Sən yaxşı adam deyilsən. Sözümü kəsmə, 21 il səni dinlədim və bu günə qaldım. Uşaqların atası kimi mənə hörmət qoy. Ruhlan pis oldu, deyir, düzgün deyil. Ruhlan deyir, bundan sonra bilirəm nə edəcəm. Deyirlər, sənin yanında qalmaq istəyirəm, bizi dinləsinlər. Tuncay deyir, qoymayacam qardaşım onun yanına getsin".

Kərim ikinci dəfə ailə qurması məsələsinə isə "Canana ilə nikahımız hələ pozulmayıb, necə evlənim? Ola bilər hazırlaşıram, ixtiyarım var. Amma evli deyiləm. Anam gildə yaşayıram. Evimiz hazır olanda uşaqlarımla birlikdə ora köçəcəyəm. Amma Cananasız orada qalacam. Ona təklif etdim ki, belə etmə, gəl uşaqları bir böyüdək. Mən atasızlığı görmüşəm, uşaqlarım da bunu yaşamasın. Mənim səs yazılarım olduğunu deyir. İndi bundan sonra səs yazısı, bəzi şeylərin üzə çıxması necə olur o görəcək. İki il susdum, amma məcburam hər şeyi ortalığa qoyum. Yalandan ana obrazında orada oturub. Gəl saxla uşaqları, niyə götürmürsən? Allah mənə səbr versin" reaksiyasını verib.

Canana isə nikahlarının ötən ayın 29-da rəsmən pozulduğunu söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2749   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 905
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 838
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 488
.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 638
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 588
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1474
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2625
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 518
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 378