Toylarda 150 nəfərlik limit artırılacaq?

Toylarda 150 nəfərlik limit artırılacaq?Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırıla bilər.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə bazar iştirakçıları məlumat verib.

Belə ki, toy bazarının bir neçə iştirakçısı iddia edir ki, mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Bildirilir ki, şadlıq sarayları artıq mart və aprel aylarında toy mərasimi keçirmək istəyənlərə də bu barədə məlumat verir və nəzərə almağa çağırırlar.

Trend məsələni araşdırmaq üçün aidiyyatı qurumlarla əlaqə saxlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, bu barədə bir məlumat yoxdur.

Digər aidiyyatı qurumlardan isə hələki sorğularımıza cavab verilməyib.

Hazırda toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir. Qeyd edək ki, Azərbaycanda ötən ilin bir iyul tarixindən etibarən toyların keçirilməsinə icazə verilib. Toyda iştirak edən qonaqların isə mütləq vaksin və ya immunitet sertifikatının olması tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır.

Karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkaralanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görülür.

Xatırladaq ki, fevralın 15-dən sonra Azərbaycanda COVID-19 pasportu və immunitet sertifikatı müddətli olacaq. COVID-19 pasportlarının müddəti 6 ay müəyyən edilib. Vətəndaş 6 ay bitikdən sonra COVID-19 pasportunun müddətini uzada bilmək üçün 3-cü (buster) doza vaksin qəbul etməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

17.05.2024 407
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 135
.

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfə

17.05.2024 1306
.

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanı

12:53 194
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

17.05.2024 2192
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:16 0
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 389
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

14:26 116
.

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb. xəbər ki, İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib. Gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib. Cibaliya Qaçqınlar Düşərgəsinə edilə

17.05.2024 234