Azərbaycanlı deputat "TikTok"da hesab açdı: Gördüm ki, bütün gənclər orada toplaşıb

Azərbaycanlı deputat "TikTok"da hesab açdı: Gördüm ki, bütün gənclər orada toplaşıbMilli Məclisin deputatı Ceyhun Məmmədov özünə "Tiktok" platformasında rəsmi hesab açıb.

Deputat bu addımı ilə ilkə imza atıb. O, "Tiktok"da hesab açan ilk millət vəkili olub.

Ceyhun Məmmədov AZXEBER.COM-a bildirib ki, "Tiktok"da gənclərin inkişafı üçün müəyyən işlər görmək mümkündür:

"Bilirsiniz ki, bu dəqiqə məlumatların çatdırılmasında sosial şəbəkələr ciddi rol oynayır. Bu gün insanlar zamanın böyük hissəsini sosial şəbəkələrdə keçirirlər. İndi ən çox "Facebook", "Instagram", rəsmi-siyasi məsələlərdə "Twitter"dən istifadə olunur. Amma bu gün gənclər daha çox "Tiktok"da toplaşıb. Ən çox videolar "Tiktok"da izlənir və bu şəbəkə getdikcə daha da populyarlıq qazanır. "Tiktok" dedikdə bizdə bəzən oranı o qədər də ciddi olmayan, daha çox əyləncə məkanı kimi xarakterizə edirlər. Amma mən hesab edirəm ki, bu gün "Tiktok"un imkanları, potensialı çox genişdir. Qısa videoları yaymaq üçün orada geniş imkanlar var. Gənclər arasında maarifləndirmə aparmaq üçün, onlara müraciət etmək üçün, faydalı məlumatları bölüşmək üçün bu platformadan istifadə etmək olar. Mən də uzun müddətdir ki, bu barədə düşünürdüm ki, nə dərəcədə səmərəli ola bilər. Amma izlənmə çox olduğuna görə, bir sıra hallarda fərqli videolar paylaşıldığına görə hesab etdim ki, burada gənclər və insanlar üçün faydalı olan videoları paylaşmaq olar və bu səbəbdən mən də orada hesab açdım. Düşünürəm ki, effektiv olacaq. Bəziləri oranı qeyri-ciddi qəbul edir, bəziləri düşünə bilər ki, rəsmi şəxslərin orada olması nə dərəcədə düzgündür. Amma hesab edirəm ki, bu, populyar bir şəbəkədir. Əyləncə ilə bərabər gənclərin təhsili, inkişafı istiqamətində, ümumilli məsələlərlə bağlı da fəaliyyət göstərmək lazımdır. Hesab edirəm ki, məndən sonra digər rəsmi şəxslər də bu platformadan istifadə edəcək".

Ceyhun Məmmədov qeyd edib ki, təşəbbüsün əsas məqsədi "Tiktok"da müsbət dəyişiklilər etməkdir:

"Mənim bu təşəbbüsümün əsas məqsədi odur ki, əgər bir meydanda təhqir, qeyri-ciddi tipli paylaşımlar varsa, bununla mübarizə yolu onun qarşısına başqa istiqamətdə paylaşımlar çıxarmaqdır. Belə bir məşhur nəzəriyyə də var ki, idealogiyanın qarşısına idealogiya çıxarmaq lazımdır. Tutaq ki, bir meydanda hansısa xoşagəlməz hallar, videolar varsa, orada yalnız onlar yox, başqaları da olsun. Müxtəlif müsbət istiqamətli, nəsihətedici, məsləhət xarakteri daşıyan videolar da olsun. Biz orada yalnız əyləncə videoları görməyək, paralel olaraq təhsillə, həyata baxışla, fərdi inkişafla bağlı da videolar olsun. Hazırda Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəzən təhqirlərə yol verilir, bu səbəbdən hesab edirəm ki, burada savadlı, bilikli, ölkəmizin gələcəyini düşünən insanlar da olmalıdır".

Canlı yayımlarda göndərilən pullu hədiyyələrdən də danışan deputat orada vergi sisteminə ehtiyac olub-olmaması barədə də fikirlərini bildirib:

"Tiktok" getdikcə daha da genişlənir, müəyyən addımlar atılır. Biz əvvəlki dövrdə sosial şəbəkələrdə və ya xaricdəki müəyyən oyunlarla bağlı məsələləri müzakirə edirdik. Proses bu formada gedərsə, gələcəkdə hər hansısa bir qazancdan söhbət gedərsə, vergi məsələsi müzakirə oluna bilər. Bu gün vergi sistemində çox ciddi işlər gedir. Əgər gələcəkdə də burada kütləvilik, bu istiqamətdə addımlar müşahidə olunarsa, həmin məsələyə baxıla bilər. Amma mən hesab edirəm ki, müəyyən zaman lazımdır ki, bu proses təhlil olunsun. Bir reallıq var ki, oraya gənclərin meyli daha çoxdur və daha çox gənclərin toplaşdığı bir yerdir. Bundan da biz müsbət mənada istifadə etməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1073   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 199-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-c

17.05.2024 644
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

11:12 252
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

17.05.2024 2201
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17.05.2024 604
.

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər. Bu barədə məlumat yayıb

17.05.2024 337
.

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığ

17.05.2024 711
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 157
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

14:42 114
.

Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?

Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Uzun müddət davam edən məhkəm

17.05.2024 428