Azərbaycanda karantinlə bağlı YENİ QƏRAR: 24 yanvardan... - VİDEO

Azərbaycanda karantinlə bağlı YENİ QƏRAR: 24 yanvardan... - VİDEOÖlkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə salınır. Bununla bağlı Nazirlər Kabineti karantin rejiminə dair qərarlar qəbul edib. Dəyişiklik yanvarın 24-dən tətbiq olunacaq. Qərarda başqa dəyişikliklər də var.

Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti iki dəfə azaldılaraq 7 gün olacaq.

Nazirlər Kabineti karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edib. Qərarlara əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə salınıb. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat da şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək. İndiyə qədər bu sənəd 14 günə verilirdi.

Bundan başqa, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19-a yoluxduğu təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası da ləğv edilir.

Səhiyyə Nazirliyi də bu yeniliklər ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, karantin müddətlərinə dəyişiklik yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq edilib.

Nazirliyin sözçüsü bildirib ki, "Omicron" ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlar virusa yoluxma riskini azaldan göstərişlərə mütləq əməl etməlidirlər.

"Vətəndaşlarımızı gücləndirici "buster" doza ilə vaksin olunmağa çağırırıq" deyə qurum rəsmisi əlavə edib.(xəzərxəbər)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Kateqoriya   Baxılıb: 1563   Tarix: 23 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Niyaməddin Musayevi kim, niyə bıçaqlayıb? - AÇIQLAMA

"1986-cı ildə Niyaməddin müəllimi Gəncədə baş tutan konsertində bir fanatı bıçaqlamışdı". xəbər verir ki, bu sözləri ARB TV-nin "Həmin Zaur" verilişinin qonağı müğənni Xuraman Şuşalı, xalq artisti Niyaməddin Musayev haqqında danışarkən deyib. Xalq artisti N.Musayev isə məsələyə münasibə

21.10.2021 2232
.

Kanadada atışma olub, ölən var

Kanadanın Ontario ştatının şimalında, Toronto şəhərində atışma baş verib. "Report" xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb. Hadisə gecə saatlarında dayanacaqlardan birində baş verib. İlkin versiyaya görə, atışma iki avtomobilin sərnişinləri tərəfindən həyata keçirilib. Hadisə yerind

23.01.2022 857
.

Hindistan sakini yanlışlıqla keçi əvəzinə dostunun başını kəsdi

Hindistanın Valasapalli kəndində (Andhra Pradeş ştatı) Makara Sankranti festivalı zamanı sərxoş kişi dostunu keçi ilə səhv salaraq başını kəsib. Ənənəvi qurban kəsimi günəş tanrısı Suryaya həsr olunmuş hindu festivalı zamanı baş tutub. Ayini icra edəcək Çalapati adlı şəxs mərasimin gedişində xeyli spirtl

23.01.2022 1078
.

Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq

Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. "Report" xəbər verir ki, bunu bu gün keçirilən İƏT-in xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Bu mərkəz Birləşmi

27.11.2021 669
.

"Kontakt"da cəmi 3 saat ərzində - 60%-DƏK ENDİRİMLƏR

"Kontakt"ın çoxdandı gözlənilən "Axşambazarı" kampaniyası yenidən hər kəsi sevindirəcək! . Yalnız oktyabrın 8-i cəmi 3 saat ərzində sevilən şəbəkənin müştəriləri hər növ məhsula nağd alışda 60%-dək endirimlərdən yararlana biləcəklər. Meqa-endirimlər Bakı, Sumqayıt, Xırdalan və Gənc

07.10.2021 1400
.

Yol polisi: "Yük avtomobilləri yollarda tıxac yaradır"

Paytaxt ərazisində yük avtomobillərinin idarə olunması ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib. Müraciətdə bildirilir ki, son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması, bəzi ərazilərdə bu səbəbdə

27.11.2021 766
.

Cəlilabadda avtomobil 3 piyadanı vurub

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı minik avtomobili yoldan keçən 3 piyadanı vurub. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırm

30.10.2021 788
.

İbrahim Kalın: "Ərdoğan və Bayden Qafqazı müzakirə edəcəklər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden müzakirələr zamanı Qafqaz məsələsinə də toxunacaqlar. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Romada "CNN Türk"ün suallarını cavablandırarkən bildirib. O, daha bir-iki gün İtaliyada qalacaqlarını deyib:. "Görü

30.10.2021 634
.

Meyxanaçı Rüfət Nasosnunun uşaq bağçasına dəvət edilməsi... - Psixoloq

"Rüfət Nasosnunun uşaq bağçasına girib meyxana oxuması məqsədəmüvafiq deyil". Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov "NurAy" uşaq bağçasında meyxana ifaçısı Rüfət Nasosnunun dəvət olunmasına aydınlıq gətirərkən deyib. Psixoloq meyxanaçının hərəkətini doğru hesa

16.12.2021 2127