"Zəif omikron"un yaratdığı məsuliyyətsizlik – ARAŞDIRMA

"Zəif omikron"un yaratdığı məsuliyyətsizlik – ARAŞDIRMADünya "omikron" ştammı ilə çalxalanır. Koronavirusun yeni variantı artıq Avropanı sərt karantinə aparır. Təəssüf ki, ölkəmizə də təşrif buyurması çox çəkmədi. Virus amansızdır, sürətlə yoluxdurur, lakin bizim ona münasibətimiz mülayimdir. Təəssüf ki, iki ildir dünyanı təsiri altına alan koronavirusun yeni variantına bu dəfə "xilaskar" kimi yanaşırıq. Düzdür, Həkimlər virusun "delta"ya nisbətən daha təhlükəsiz olduğunu bildirir. Lakin onun sürətlə yayılması da artıq sübut olunub. Mütəxəssislər yenə də xilas yolu kimi peyvəndi, sosial məsafəni, tibbi maskaları və gigiyenik təmizliyi vacib hesab edir. Lakin əksəriyyətimiz qorunma yollarına deyil, "xəstəlik daha təhlükəsizdir" iddiasına köklənir, "buster" dozadan imtina edir, qalib gəldiyimizə inanırıq. Peyvəndlənmənin statistikasına baxanda da bunu aydın görmək olur.

Bu barədə "Kaspi" qəzetinin hazırladığı məqalədə qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "omikron" variantını "yüngül" adlandırmaqdan çəkinməyə çağırıb və ölümcül olduğunu açıqlayıb. ÜST-ün rəhbəri Tedros Adhanom Ghebreyesus bu ştammla yoluxanların rekord sayda olmasının səhiyyə sistemini ciddi təzyiq altında qoyduğunu bildirib: "ABŞ-da 24 saat ərzində bir milyondan çox yoluxma qeydə alınıb. BMT-nin səhiyyə agentliyi son bir həftədə qlobal halların sayının 71 faiz, Amerika qitəsində isə 100 faiz artdığını bəyan edib. Dünyada ağır yoluxma hallarının 90 faizi peyvənd olunmayanlarda müşahidə olunub".

ÜST dünyaya açıqlayıb ki, "omikron" xüsusilə peyvənd olunmuşlarda, "delta" ilə müqayisədə daha təhlükəsiz görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək deyil: "Əvvəlki variantlar kimi, "omikron" da insanların xəstəxanaya yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır. Ona görə də, qaydalara ciddi şəkildə riayət etmək lazımdır".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, "omikron" səhiyyə sistemində müvafiq infrastruktur hazırlığı görməyən və vaksinasiyanı uğurla apara bilməyən ölkələrdə yüklənməyə səbəb olur: "Burada səhiyyə sisteminin inkişafından daha çox vaksinasiyanın tempi mühüm əhəmiyyət kəsb edir. Biz artıq Avropa ölkələrində yoluxmanın sürətlə artmasını müşahidə edirik. İmmuniteti olmayan insan koronovirusun yeni mutasiya olunmuş ştammı ilə ünsiyyətdə olduqda yoluxur və sürətlə də digər insanlara yoluxdurur. Təbii ki, "buster" doza alan insanlarda yoluxmanın riski də bir qədər aşağı düşür. Yoluxduqda belə, xəstəliyi keçirmə sürəti nisbətən yüngül olduğuna görə xəstəxanada hospitalizasiyaya ehtiyac olmur və səhiyyə sistemi müvafiq olaraq yüklənmir".

Millət vəkili vurğulayır ki, virusun ağır nəticələri ilə üzləşməmək üçün qorunma tədbirlərini gücləndirməliyik: "Hər birimiz qoruma tədbirlərinə ciddi şəkildə riayət etməli, "buster" doza ilə peyvəndlənməliyik. Hətta vaksin olunsaq belə, kütləvi toplaşma məkanından uzaq olmalı, tibbi maskalardan istifadə etməli və sayıqlığı daha da artırmalıyıq".

Həkim Elvin Hüseynov deyir ki, "omikron"un "delta"ya nisbətən təhlükəsiz olması o demək deyil ki, ağırlaşmalara və ölümə səbəb olmur: "Omikron" variantının yoluxduruculuğu "delta"dan daha yüksəkdir. Çünki "omikron" yuxarı tənəffüs yollarında daha tez böyüyür, çoxalır. "Delta" variantı ilə müqayisədə yoluxma sayı maksimum həddə olsa da, xəstəxanaya müraciət edənlərin sayı azdır. Lakin bu o demək deyil ki, "omikron" variantı təhlükəsizdir və ağırlaşmalara səbəb olmur. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, istər cavan və sağlam, istərsə də yaşlı və risk qrupuna aid olan insanlar "omikron"a yoluxur. Ağır gedişi olan, hətta ölən xəstələr də var".

Həkim vurğulayır ki, indiki situasiyada "pandemiyanın sonu gəlib", "omikron" ağır xəstəliyə səbəb olmur" kimi fikirlər bildirmək və bütün tədbirlərə etinasız yanaşmaq təhlükəlidir: "Təəssüf ki, bu, demək olar ki, bütün dünyada müşahidə olunur. İndiki situasiyada, xüsusilə də, qış aylarında, insanların yuxarı tənəffüs yolu xəstəliklərinə daha həssas olduğu bir dönəmdə rahatlaşmağın fəsadları ağır ola bilər. Nəzərə almaq lazımdır ki, əhali təkcə gənc, sağlam, hərəkətli insanlardan deyil, yaşlı, xroniki xəstəliyi olan insanlardan da ibarətdir. Məhz həmin insanlarda istənilən orta ağırlıqlı xəstəlik ölümə gətirib çıxara bilər. Ona görə də, bütün mütəxəssislərin, həmçinin mənim də fikrim ondan ibarətdir ki, qoruyucu tədbirlərə eyni ciddiliklə davam edib, mümkün qədər intensiv şəkildə peyvəndlənmənin "buster" dozasından istifadə etmək lazımdır ki, bu dalğadan da az insan itkisi ilə çıxaq".

Mütəxəssislər də vurğulayır ki, özümüzü, ətrafımızı, cəmiyyətimizi bu bəladan qorumağın yeganə yolu vaksinasiyadır. Atalarımız "ehtiyat igidin yaraşığıdır" deyiblər. Gəlin ehtiyatı əldən verməyək. İşığa ancaq belə çata bilərik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 725   Tarix: 23 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329