DİN rəsmisindən gənclərə çağırış: "Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər"

DİN rəsmisindən gənclərə çağırış: "Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər""Bizə tez-tez müraciətlər daxil olur ki, həyat yoldaşım, övladım və ya yaxınım narkotik vasitə istifadəçisidir. Biz onlarla profilaktik söhbət edirik. Lakin, onların üzərindən aşkarlanan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda o şəxslər istintaqa cəlb edilir."

Oxu.Az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan "Gəncsən" verilişində çıxışı zamanı deyib.

Polis mayoru bildirib ki, biz narkotik vasitə istifadəçiləri ilə profilaktik söhbət aparan zaman narkotik maddələri haradan əldə etdiyini dəqiqləşdirməyə çalışırıq:

"Bu istiqamətdə həyata keçirilən tədbirlər də məhz narkomaniya ilə mübarizəyə xidmət edir. Narkotik vasitələrin satışını həyata keçirən şəxsləri müəyyən edərək istintaqa cəlb edirik. Elə olur ki, narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilir. Çünki onların üzərində olan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda bu məsuliyyət yaradır.

Bu insanlar istintaq təcridxanalarına göndərilirlər və bir müddət orada qaldıqdan sonra qayıdırlar. Məhkəmə prosesinə qədər olan 2-3 ay müddətində narkotik maddə istifadəçisinin vəziyyətinin müsbətə doğru dəyişdiyini ilk baxışdan belə görmək mümkün olur. Təbii ki, bu onu göstərir ki, onların narkotik maddələrdən asılılığı nisbətən də olsa azalır. Həmin insan məsuliyyətə cəlb edilib, cəzasını çəkir. Təəssüf olsun ki, azadlığa çıxdıqdan sonra yenidən narkotik maddə istifadəsinə qayıda bilir. Bizi məyus edən odur ki, cəzasını çəkdikdən sonra cəmiyyətə daha faydalı fərd olanlarla müqayisədə yenidən bu yola qayıdanlar nisbətən daha çoxdur. Bizim əsas iş prinsipimiz, maarifləndirici tədbirlərimiz sosial şəbəkə üzərindən gənc nəslə yönəlib. Onları narkomaniyadan uzaq durmağa, maksimum diqqətli olmağa çağırırıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bolqarıstanla əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələr əldə etməkdir"-DEPUTAT

"Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirildi. Görüşdə hər iki ölkənin əməkdaşlıqlarının müxtəlif aspektləri müzakirə olundu.Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-c

13.05.2024 163
.

Aldadılan qadından İNTİQAM: Əri ilə sevgilisi eyni evdə olanda...

Türkiyədə aldadılan qadın ərinin başqa qadınlarla münasibətdə olduğunu eşidəndə şoka düşüb. xarici mediaya istinadən xəbər verir ki, o ərindən intiqam almaq qərarına gəlib. O, ərinin sevgilisi ilə yaşadığı evə əl qumbarası atıb. 4 ədəd əl qumbarasından birinin sancağını dartıb evin bacasına atıb. Ə

13.05.2024 981
.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. -in xəbərinə görə, Sərəncamla "Məhkəmələr və hakimlər haqqında" qanunun 94-cü və 96-cı maddələrin

13.05.2024 267
.

MEDİA müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi onlayn və çap media subyektlərinə dəstək üçün müsabiqə elan edir. Agentlikdən -a verilən məlumata görə, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştira

13.05.2024 184
.

Elnarə yeni ifaçıları zibil qutusuna bənzətdi

"Yaşıdlarım arasında ikinci mənim kimi ifaçı yoxdur. Deyəndə ki, Elnarə ailə qurdu, başı uşağa qarışdı, elə bil başımdan qaynar su tökürlər. Hər şeyi qarnımda uşaq etmişəm. "Qan qrupu" mahnısını oxuyanda həkimlər dedilər ki, gəzmək olmaz, uşaq tələf ola bilər. Düşünürdüm ki, uşağın y

13.05.2024 379
.

Müdafiə nazirinə yeni müavin təyin olunub

Müdafiə nazirinə müavin - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəis

13.05.2024 564
.

İndoneziyada vulkan püskürüb

İndoneziyanın Şimali Maluku əyalətində İbu vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, bu barədə Antara News məlumat yayıb. Məlumata görə, Şimali Maluku əyalətindəki Halmahera adasındakı İbu vulkanı yerli vaxtla 09:12-də püskürüb. Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi qeyd edib ki, püskürm

13.05.2024 157
.

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

"Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur". Bunu "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəye

13.05.2024 303
.

Noyabrın 1-də minimum əməkhaqqı bu qədər ARTA BİLƏR! - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb. Digər tərəfdən minimu

13.05.2024 556