Həkim uşaqları "İnfluenza" virusundan qorumağın yollarını açıqlayıb

Həkim uşaqları "İnfluenza" virusundan qorumağın yollarını açıqlayıbHəkim-pediatr Telman Aytayev uşaqları "influenza" virusundan qoruma yollarını açıqlayıb.

"Report" xəbər verir ki, həkim son vaxtlar uşaqlar arasında virusla xəstələnmə hallarının sayının artdığına diqqət çəkib.

Onun sözlərinə görə, xüsusilə məktəbyaşlılar arasında təmas çox olduğu üçün onların virusla yoluxması halına daha çox rast gəlinir: "Uşaqlar arasında yayılan infeksiya "influenza"nın A ştamıdır. Başqa adı ilə H1N1 virusu da adlandırılır. Bu virus, demək olar ki, hər il pandemik vəziyyət yaradır. Belə xəstələrdə infeksiya ilə əlaqədar 3-5 gün davam edən yüksək hərarət və öskürək normaldır. "İnfluenza" virusundan qorunmaq üçün ona qarşı vaksin olunmaq vacibdir".

Həkim-mütəxəssis bildirib ki, "İnfluenza" xəstəliyi azyaşlı uşaqlar və yaşlılar üçün daha çox təhlükə yaradır: "Xüsusən də yaşı beşdən aşağı olan körpələr, 60-dan yuxarı olan yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkənlər "influenza"nın risk qrupuna aiddirlər. Ona görə də "influenza" virusundan qorunmaq üçün infeksiya əleyhinə peyvəndlənmək vacibdir. Peyvəndləmə nəticəsində "influenza" virusundan 60-70 faiz qorunmaq mümkündür.

Onu da qeyd edim ki, həmin virusu yeni növ koronavirus (COVID-19) infeksiyasından fərqləndirmək çətindir. Lakin nəzərə almaq lazımdır ki, qrip əlamətlərinə "influenza"da daha çox, koronavirusda isə daha az rast gəlinir. Həmin virusdan qorunmaq üçün profilaktik tədbirlər önəmlidir. Peyvənd vurdurmaqdan başqa, tibbi maska taxmaq, sağlam və vitaminli qidalar qəbul etmək lazımdır. Bu cür şəxsi gigiyena qaydalarına əməl etməklə istənilən virusdan müəyyən qədər də olsa, qorunmaq mümkündür. Valideynlərə tövsiyə edilir ki, övladlarını ümumiyyətlə vacib olan bütün peyvəndlərlə təmin etsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 985   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 440
.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir. Tədqiqatın nəticələri PNAS (Proceedings of th

10:10 149
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 1024
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2939
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1271
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1164
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1332
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 694
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 841