Sarı ləkənin gizli triggerlərindən biri: Siqaret!

Sarı ləkənin gizli triggerlərindən biri: Siqaret!Siqaretin xərçəngdən tutmuş tənəffüs problemlərinə qədər bir çox xəstəliyin səbəblərindən biri olduğunu bilməyən yoxdur. Amma çoxlarımız bilmirik ki, sarı ləkə xəstəliyin triggerlərindən biridir! Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr. Mahmut Öztürk sarı ləkə ilə siqaret çəkmə vərdişi arasındakı əlaqədən danışır.

Gündəlik həyatda iş tempi, hava çirkliliyi və stres kimi bir çox faktor gözlərimizi təhdid edə bilər. Xüsusilə yaşa dolduqca müşahidə olunan sarı ləkə xəstəliyinə siqaret istifadəsi böyük təsir göstərir. Dünyagöz Ataköydən Op. Dr. Mahmut Öztürk bu xəstəliyi və səbəblərini belə izah edir:

"Xalq arasında sarı ləkə kimi tanınan makula degenerasiyası torlu qişada rast gəlinən bir xəstəlikdir. Daha çox yaşlı xəstələrdə rast gəlinir və vaxtında diaqnoz qoyulmazsa və müdaxilə olunmazsa, ciddi görmə itkisinə səbəb ola bilər. Pəhriz, irsi faktorlar və yüksək təzyiq kimi faktorlarla yanaşı, siqaret də bu xəstəliyə səbəb olan ən böyük faktorlardan biridir.
Görmə itkisi, əşyaları qırıq və ya əyri görmə, gözlərin qaralması və rənginin dəyişməsi kimi simptomları olan makula degenerasiyasının qarşısını almaq üçün siqaretdən imtina edilməlidir!"

Op. Dr. Mahmut Öztürk yaşa bağlı olan dəyişikliklərin və irsi faktorların qarşısının alınmasının mümkün olmasını bildirsə də, vərdişlərin dəyişməsinin isə böyük fərq yarada biləcəyini vurğulayır:

"Göz sağlamlığının qorunmasında sağlam qidalanma və siqareti tərgitməyin böyük əhəmiyyəti var. Qidalanma baxımından xolesterolu yüksək olan qidalardan uzaq durmaq, tərəvəz və meyvələrlə zəngin pəhrizdən istifadə etmək xəstəliyin qarşısının alınmasında ciddi fayda verəcək".

Sarı ləkə xəstəliyinin müalicəsində vitamin əlavəsinin əhəmiyyətinə diqqət çəkən Op. Dr. Mahmut Öztürk bildirir ki, profilaktik müalicədə antioksidant olan A, C, E vitaminləri ilə yanaşı, lutein və sink də istifadə olunur.

Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr.Mahmut Öztürk 17-22 yanvar tarixlərində Dünyagöz Bakı xəstəxanasında olacaq.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 845   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 865
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13148
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 856
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 841
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 681
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 626
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 794
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 509
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1325