Qış aylarında D vitamini ehtiyacını necə ödəyək?

Qış aylarında D vitamini ehtiyacını necə ödəyək?D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi üçün çox əhəmiyyətlidir. Həmin vitamin orqanizmdə günəş şüaları nəticəsində yaranır. Qış aylarında isə günəşli günlərə ara-sıra təsadüf edilir.

Həkim-endokrinoloq Sadiq Bəbirov qış aylarında D vitamini qəbulu barədə danışarkən deyib ki, gün ərzində, xüsusilə də saat 10-15 arası bədəni − əsasən qollar, ayaqlar, əllər və üz nahiyəsini günəş şüalarının təsirinə məruz qoymaq faydalıdır. Araşdırmalara əsasən, sutkada təxminən 15 dəqiqə günəşlənmək gündəlik D vitamini ehtiyacını ödəmək üçün kifayətdir.

Həkim-mütəxəssis bildirib ki, D vitamini günəş şüalarının bədən səthinə düşməsi nəticəsində yaranır və Azərbaycanın iqliminə əsasən, D vitamini sentyabr ayına kimi qəbul edilir: "Qış aylarında isə yayda depolanan D vitaminindən istifadə edilir. Nəticədə, müəyyən müddət sonra orqanizmdə D vitamini çatışmazlığı yaranır. Yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir. Eyni zamanda, xüsusilə virus infeksiyalarının və autoimmun xəstəliklərin intensivləşməsi də məhz həmin dövrə təsadüf edir".

S.Bəbirovun dediyinə görə, günəş şüaları nəticəsində yaranan D vitamini uzunmüddətlidir: "Onun orqanizmdə qalma müddəti maksimum 6 aydır. Yəni, sentyabra qədər orqanizmə toplanmış vitamin D ehtiyatı yanvar-fevral aylarında bitmiş olur. Ona görə də xüsusilə qış aylarında həm uşaqlar, həm də böyüklərin D vitaminini dərman preparatları vasitəsilə qəbul etməsi lazımdır. Əlbəttə ki, D vitamini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmə aparmaq və müayinə olunmaq mütləqdir".(publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2270   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329