Bakının parklanma problemi: Tariflər niyə müəyyən edilmir? - ARAŞDIRMA

Bakının parklanma problemi: Tariflər niyə müəyyən edilmir? - ARAŞDIRMAAzərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək, paytaxtın küçə və prospektlərində parklanma yerləri ödənişsizdir. Bununla bağlı həmin yerlərdə lövhələr yerləşdirilib və qeyd olunub: "Tariflər müəyyən edilənə qədər parklanma ödənişsizdir".

İki ilə yaxındır ki, bu lövhələrlə qarşılaşırıq. Ancaq parklanma yerlərində "parkovşik"lər var və vətəndaşlardan qeyri-rəsmi şəkildə ödəniş yığırlar. Yəni bu 2 il müddətində nə qiymət müəyyənləşdirilib, nə də ki parklanma ödənişsizdir.

Bu barədə Kaspi qəzeti məqalə dərc edib.

Suallar yaranır: Niyə tariflər hələ də müəyyənləşməyib? Prosesin bu qədər uzanmasının səbəbi nədir? Tariflərin müəyyənləşməməyi o deməkdir ki, yığılan ödənişlər qeyri-rəsmidir və dövlət büdcəsindən yayınır? Bəs yığılan pullar hara gedir?

"BNA adından sui-istifadə hallarıdır"

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, qeyri-rəsmi ödəniş yığılmasının agentliklə heç bir əlaqəsi yoxdur: "Birmənalı deyə bilərəm ki, BNA adından sui-istifadə hallarıdır. Çünki bizim hər hansı əməkdaşımızla "parkovşik" dediyimiz həmin şəxslər arasında hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Əksinə, bu günə qədər BNA adından verilən açıqlamalara diqqət etsəniz, görəcəksiz ki, dəfələrlə bu barədə xəbərdarlıqlar olub. Hər dəfə də açıq şəkildə bildirmişik ki, tariflər müəyyən edilənə qədər küçə parklanma yerlərindən istifadə etmək ödənişsizdir. Buna görə sürücülərdən vəsait alınması da tam qanunsuzdur".

"BNA-nın səlahiyyətində deyil"

M.Ağayev bildirdi ki, qanunsuz pul yığılması ilə bağlı hallara qarşı mübarizə aparmaq BNA-nın səlahiyyətlərinə aid məsələ deyil: "Hələ də biz bu cür qanunsuz əməllərin şahidi oluruq. Buna görə dəfələrlə tərəfimizdən hüquq mühafizə orqanlarına da müraciət edilib. Niyə tədbir görülmür, bu, artıq həmin qurumların cavab verməli olduğu məsələdir".

Qanunun icrasında problemlər var

Prosesin bu qədər uzanma səbəblərinə gəlincə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, məsələ qiymətin müəyyənləşməsi ilə bitmir, parklanma ilə bağlı qəbul edilən qanunun icrasında problemlər var: "Yeni qaydalara görə parkinqdə insan xidmət göstərməyəcək, hər bir işi xüsusi texniki vasitə həll edəcək. Yəni sürücü dayanacağa daxil olan kimi xüsusi texniki vasitə - parkomat onu qeydə almalı, vətəndaş orda ödəniş etməli, ödəniş haqda məlumat dərhal mərkəzi informasiya sisteminə getməli, həmin bildiriş əsasında sürücü parklama yerinə daxil olmalıdır. Hansı zaman aralığı üçün ödəniş edibsə, o qədər qala bilər, artıq qaldığı müddətdə cərimə olunacaq. Xüsusi texniki vasitə bunu müəyyənləşdirib necə cərimə təyin edəcək? Yaxud əlillər üçün ayrılmış yerdə başqa maşınlar park ediləndə xüsusi texniki vasitə cərimə yazmalıdır. Necə yazacaq? Xüsusi texniki vasitə robot deyil axı, gəzmir. Deməli, hər parklama yerində agentliyin bir əməkdaşı durmalıdır. Yəni orda bir əməkdaş dayanıb bu işləri görməsə, prosesin xüsusi texniki vasitə ilə bərpası real görünmür. Mexanizmi yazıb qəbul edirlər, amma icrasına gələndə problem yaşanır".

Yeni tariflər baha ola bilər?

E.Muradlı deyir ki, parklanma qiymətlərinin yüksək olma ehtimalı da var və tariflərin müəyyənləşməsinin ləngiməsində bunun da rolu ola bilər: "Ola bilər ki, yeni tariflər baha olacaq. İndi isə bir az həssas dövrdür və insanlar arasında narazılıq yaranma ehtimalı var. Belə məqamda Nazirlər Kabineti gözləməyi üstün tuta bilər".

E.Muradlı bildirdi ki, qiymətlərin hələ də müəyyənləşməməsindən istifadə edən bəzi işbazlar isə əhalidən qeyri-qanuni pul yığırlar ki, bu da büdcədən böyük vəsaitin yayınması deməkdir.

Cavabı olmayan suallar

Millət vəkili Razi Nurullayev deyir ki, qeyri-qanuni parklanmadan yığılan qeyri-qanuni ödənişlərlə bağlı Milli Məclisdə mütəmadi olaraq məsələ qaldırılır, müzakirə olunur: "Hətta büdcə müzakirələrində belə, bu məsələ gündəmə gətirildi, hökumət üzvlərinin nəzərinə çatdırıldı. Hər dəfə eşidirik ki, bununla bağlı müəyyən nizamlamalar olacaq, düzələcək. Müəyyən ödəniş aparatları alınmalıdır, proqram yazılmalıdır və s. Ancaq neçə illərdir bu məsələ düzəlmir. Üstəlik, ödənişsiz olduğu yazılıb, amma sürücülərdən qeyri-qanuni pul yığılır. Bu zaman da onlarda sual yaranır ki, bütün bu vəsait hara gedir, nəyə sərf olunur, hesabatlılığı varmı? Şəffaf şəkildə yığılıb, şəffaf şəkildə xərclənirmi? Bu sualların cavabları yoxdur".

Texniki məsələlərə bağlı deyil

R.Nurullayev deyir ki, küçə parklanması işinin indiyə qədər həll olunmaması texniki məsələlərə bağlı deyil: "Texniki məsələlərin həlli asan variantdır. İstənilsə, bir ay, hətta daha qısa müddətdə həlli mümkündür. Amma bunu həll etmək, bu vəsaitlərin şəffaflaşdırılması, hesabatlılığın təmin olunması istəyi varmı? Məsələ texniki vasitələrdə deyil. Bu qədər müzakirə edilir, amma həlli yoxdursa, deməli, kimlərinsə məsələnin bu cür olmasında marağı var. Kimlərsə bu məsələnin qanuni şəkildə aparılmasına, vəsaitlərin büdcəyə köçürülməsində maraqlı deyil".

DİN-in səlahiyyətinə daxil deyil

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevinsözlərinə görə, ümumilikdə, parklanmadakı qanunsuzluqla bağlı DİN tərəfindən müvafiq tədbirlər həyata keçirilir ki, bu kimi neqativ hallar kütləvi şəkil almasın. Amma konkret olaraq, qanunsuz pul yığılması məsələsi Daxil İşlər Nazirliyinin səlahiyyət və inzibati fəaliyyətinə daxil deyil: "Əgər orda qanunsuz yığım, pul tələbi varsa, hansısa formada alınan vəsaitlə bağlı çek, yaxud qəbz verilmirsə, bununla bağlı müvafiq qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 527   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 260
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 272
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 454
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 725
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 649
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 118
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 426
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 405