Azərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTO

Azərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTOAzərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn edilib.

BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi. R.Abutalıbov yanvarın 1-də Moskvada dünyasını dəyişib.

Ramiz Abutalıbov 1937-ci il oktyabrın 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib.

1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının sədri vəzifələrində çalışıb. R.Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, "İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cü il) sənətinin ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub.

Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Azərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTOAzərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTOAzərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTOAzərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTOAzərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTOAzərbaycanın tanınmış ictimai xadimi dəfn olundu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 781   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sürücülərdən tıxac problemi ilə bağlı təklif - SORĞU + VİDEO

Bakıda hər gün artan tıxacın bir çox səbəbləri var. Bəs, bu məsələnin qarşısını almaq üçün taksi sürücüləri nə kimi təkliflər irəli sürürlər?. Onlardan bəziləri tıxacın yaranmasının əsas səbəbi kimi sürücü məsuliyyətsizliyini əsas gətirirlər. Digər sürücülər isə tıxacların səbəbini yolların geniş olmamas

12.05.2024 254
.

Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz – Çox adam bilmir

Uzadıcılardan istifadə edərkən müəyyən təhlükəsizlik tədbirlərinə əməl edilməlidir. Elə məişət əşyaları var ki, onların uzadıcılara qoşulmasə məsləhət deyil. həmin əşyaları təqdim edir:. Mikrodalğalı soba. Mikrodalğalı sobalar çoxlu elektrik istehlak edir və belə qoşulma zamanı onların gücü paltaryuya

12.05.2024 467
.

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - TƏHLÜKƏ/VİDEO

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin sonradan digər ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir. Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır. -ın məlumatına görə, usta İsa Yusibov deyi

05.05.2024 587
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12.05.2024 488
.

Günlük villa kirayələrinə maraq artıb - VİDEO

Son zamanlar villalarda ad günü, məzun günü və toy mərasimlərinin keçirilməsi ilə bağlı müraciətlərin sayı artıb. -ın xəbərinə görə, əmlak ekspertləri deyirlər ki, vətəndaşların seçimi əsasən dənizkənarı ərazilərdə yerləşən bağ evləri, villalardır. Əmlakçı Mülkədar Rüstəmov deyir ki, illərdir bir ənən

12.05.2024 300
.

Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb

"Baş plan strateji bir sənəddir. Gündəlik icra üçün sənəd deyil. Baş plan Bakı şəhərinin yaxın 30 il müddətində gələcək inkişafına istiqamət verən, gələcək istiqamətini müəyyənləşdirən bir sənəddir". Bu barədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsind

11.05.2024 834
.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotin

12.05.2024 839
.

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. "Report" xəbər verir ki, bu, Biznes mühit

11.05.2024 322
.

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Qeyd olunub ki, siyənək balığı Norveç qızılbalığı üçün yem kimi istifadə olunur və kütləvi şəkildə tutulur. Dünya qızılbalığının yarıdan çoxunu təmin edən Norveç isə ötə

05.05.2024 326