Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO

Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEOBu gündən tibbi xidmətlərdən istifadə edən zaman vətəndaş ödədiyi ƏDV-nin bir hissəsini geri ala biləcək. Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri də artırılıb. Bəs bu gündən qüvvəyə minən digər qaydalar hansılardır?

Bu gündən etibarən ƏDV-də geri al kampaniyasına dəyişiklik ediləcək.

Artıq tibbi xidmətlərdən istifadə edən zaman vətəndaş ödədiyi Ədv-nin bir hissəsini geri almaq imkanlarına malik olacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki bu da vətəndaşa imkan verir ki, ödədiyi verginin bir hissəsini geri ala bilsin .

Elə vətəndaşlar da tibbi xidmətlərdən istifadə edən zaman Ədv-nin bir hissəsini geri almaq imkanlarından yararlanmağın faydalı olduğunu bildirirlər.

Bu gündən Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri də artırılıb. Belə ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.

Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı yeni rüsumlar qüvvəyə minir. Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000 manat dövlət rüsumu tutulacaq.

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar da dəyişib. Bugündən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlar da artırılıb. Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılıb.

Nikahın qeydiyyatına görə rüsumlar artırılıb. Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.(xəzərxəbər)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3685   Tarix: 02 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzud

18:20 0
.

Cəlilabadda intensiv yağıntılar çiyələyin məhsuldarlığını aşağı salıb

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda açıq sahələrdə yetişən çiyələyə mənfi təsir edib. Fermerlərin "Report"un yerli bürosuna verdiyi məlumata görə, yağış yetişmiş məhsulu zədələdiyi üçün çürümə başlayıb. Nəticədə məhsuldarlıq 20 faizə yaxın aşağı düşüb. Həmçini

12:40 202
.

İbrahim Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. xəbər verir ki, "Fars" xəbər agentliyi Rəisini daşıyan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyini və Rəisinin quru yolu ilə Təbrizə getdiyini açıqlayıb. Dövlət televiziyası həmçinin qəz

17:46 123
.

Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!

Sülh heç vaxt inamsızlığın, divarların, bir-birinə tuşlanmış silahların nəticəsi olmayacaq. Biz ölüm, məhv, qorxu əkmirik. Ümid səpək!. BİG.AZ -a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk deyib. "Qaçılmaz" müharibənin tamaşaçısına çevrilməyin. Sülhdən danışmaq hər şeydən vacibdir

10:40 133
.

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti evdə yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır

19:00 0
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

15:10 259
.

İranda 250-dən çox satanist həbs edilib

İranda 250-dən çox satanist həbs edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb

17:30 93
.

Azərbaycan və İran prezidentləri iki hidroqovşağın açılış mərasimində

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilir

12:31 171
.

Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxslə bağlı qərar verildi

Slovakiyada məhkəmə ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə ittiham olunan müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarı, yazıçı Yuray Sintulanın polis nəzarəti altına alınması ilə bağlı qərar verib. Bu barədə Slovakiyanın "Pravda" nəşri məlumat yayıb. "Slovakiy

15:30 152