Goranboyda Vətən müharibəsi qazisi daxmada yaşayır? - AÇIQLAMA + VİDEO

Goranboyda Vətən müharibəsi qazisi daxmada yaşayır? - AÇIQLAMA + VİDEOSosial şəbəkələrdə Vətən müharibəsi qazisinin çətin şəraitdə yaşadığına dair videogörüntülər paylaşılıb.

Oxu.Az xəbər verir ki, görüntülərdəki şəxsin Goranboyda yaşayan Vətən müharibəsi qazisi olduğu qeyd edilir. İddialara görə, aidiyyəti qurumlar onun vəziyyəti ilə maraqlanmayıblar və ona hər hansı yardım göstərilməyib.

Paylaşımlarda şəxsin adı və digər məlumatları dəqiq göstərilməyib. İddialar əsasında Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elnur Xəlilov Oxu.Az-a açıqlamasında vətəndaşın Goranboy sakini olduğunu təsdiq etsə də, onun Vətən müharibəsi qazisi olmadığını bildirdi:

"Görüntülərdəki şəxs Goranboy sakini Vüsal Məhiyəddin oğlu Quliyevdir. O, Vətən müharibəsində iştirak etsə də, rəsmi olaraq ona qazi statusu verilməyib. Onların Goranboyda kifayət qədər torpaq sahələri olub. Bundan əvvəl ona və qardaşına aid olan torpaq sahəsi olub. Onlar torpağın özlərinə aid olan hissəsini satıblar. Bu gün yaşayış şəraitlərinin bu vəziyyətdə olmasının səbəbi şəxsi seçimləridir. Belə ki, hazırda yaşadıqları ərazi onun dayısına məxsusdur. İcra Hakimiyyətindən onun dayısı ilə əlaqə saxlanılıb və ərazidə yaşamalarına icazə ilə bağlı xahiş olunub. Dayısı da torpaqla bağlı heç bir iddiasının olmadığını bildirib və onlara bu ərazidə yaşamaq üçün ev tikmələrinə icazə verib.

Bununla yanaşı Goranboy İcra Hakimiyyəti tərəfindən ailəyə ərzaq yardımı olunub. Eyni zamanda yaşadıqları yerdə yataq dəsti olmadığı üçün altı ədəd döşək, stol-stul, soyuducu və s. kimi yardımlar edilib. Hətta tərəfimizdən onlara müvəqqəti sığınacaq kimi qalacaq yer də təklif olunub. Lakin ailə razı olmayıb. Aidiyyəti qurumlardan da onlara yardım təklif edilib, lakin bu vətəndaşların şəxsiyyət vəsiqələri və digər sənədləri də yoxdur. Təəssüf ki, onlar sənədlərinin qaydaya salınması ilə bağlı təşəbbüs belə göstərmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti, Goranboy Rayon Məşğulluq Mərkəzi tərəfindən ailə qeydiyyata alınıb. Onlara növbəti ildən fərdi məşğuliyyətlə bağlı avtoyuma avadanlıqları veriləcək. Hətta oğlanın anasına xırda təsərrüfat işləri təklif edilmişdi, lakin xanım bundan imtina etmişdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1068   Tarix: 29 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Əfqanıstana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib. "Report" xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım edilib. "Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınların

12.05.2024 762
.

Azərbaycan qarğıdalı idxalını 34 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 30 min 323 ton qarğıdalı idxal edilib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının idxal dəyəri 10 milyon 572 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq həcm baxımında

12.05.2024 180
.

Dünyada ilk dəfə donuz böyrəyi köçürülən xəstə ÖLDÜ

ABŞ-da donuz böyrəyi köçürülən 62 yaşlı xəstə dünyasını dəyişib. xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da bir xəstəxanada geni dəyişdirilmiş donuz böyrəyi nəqli edilən 62 yaşlı xəstə əməliyyatdan təxminən 2 ay sonra dünyasını dəyişib. Massaçusets Xəstəxanasından verilən açıqlamada dünyada il

10:52 159
.

Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Mərdəliyev Müqabil Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zaman

12.05.2024 259
.

İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb

İndoneziyanın Qərbi Yava əyalətinin Subanq dairəsində avtobusun qəzaya uğraması sonucunda azı 10 nəfər ölüb, ondan çox adam yaralanıb. "Report" xəbər verir ki, "Xinhua" agentliyi xilasedicilərə istinadən məlumat yayıb. Bildirilib ki, avtobusda əksəriyyəti tələbələr olmaqla, istirahətdə

12.05.2024 171
.

Hindistan XİN: "ABŞ-nin hökmranlığı sona çatıb"

"ABŞ-nin hökmranlığı sona çatıb". Bu fikri PTI-yə müsahibəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib. "ABŞ-nin Soyuq Müharibə bitdikdən sonra başlayan hökmranlığı bu gün faktiki olaraq sona çatıb. Birləşmiş Ştatlar hələ də dünyanın aparıcı gücü olaraq qalır. Amm

12.05.2024 221
.

Tramp hamını qorxutdu: "ABŞ təhlükə altındadır"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin hazırkı lideri Co Bayden noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ təhlükə altında qalacaq. Trampın sözlərinə görə, bu ölkə rüşvətxor Co Baydenin prezidentliyi dövründə daha dörd il yaşaya bilməyəcək. Nyu-Cersidə keçirilən mitin

12.05.2024 249
.

Nigeriyanın şimal-qərbindəki üç kənddən 100-dən çox insan qaçırılıb

Nigeriyanın şimal-qərbindəki üç kəndə basqın zamanı 100-dən çox insan qaçırılıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarında

12.05.2024 177
.

11-ci sinif şagirdini maşın vurub öldürdü

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki

10:22 445