Bu gün "ASAN xidmət" işçilərinin peşə bayramı günüdür - VİDEO

Bu gün "ASAN xidmət" işçilərinin peşə bayramı günüdür - VİDEO29 dekabr - "ASAN xidmət" işçilərinin peşə bayramı günüdür.

Big.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradılıb.

Hazırda 21 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk "ASAN xidmət" mərkəzləri inşa olunur.

"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.

"ASAN Kommunal" mərkəzlərində isə "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək "ASAN xidmət" mərkəzlərinə 7 milyon 672 mindən çox vətəndaşın 49 milyondan çox müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2021-ci ildə bir çox layihələrdə təkmilləşdirmə aparılaraq yeni imkanlar yaradılıb, həmçinin yeni layihələr həyata keçirilib. 2021-ci ildə Milli İnformasiya Mübadilə Sistemi – "ASAN Bridge" istifadəyə verilib, 37 qurum inteqrasiya olunub. Mərkəz tərəfindən "myGov" elektron hökumət portalının mobil tətbiqi, eləcə də vaksin pasportlarının yoxlanması üçün "CheckApp" mobil tətbiqi istifadəyə verilib. "myGov elektron hökumət portalına vaksin, əks göstəriş və immunitet sertifikatları inteqrasiya edilib, portalda bir sıra yeni xidmətlər yaradılıb, inteqrasiyalar həyata keçirilib. "ASAN Login"-də vətəndaşlar üçün videoqeydiyyat imkanı, eləcə də yeni mobil nömrə əlavəsi imkanı yaradılıb və istifadəçi sayı 2.3 milyona çatıb. Pandemiyada yaradılan icaze.e-gov.az sistemində şənliklərin qeydiyyatının aparılması məqsədilə işlər aparılıb. Mərkəz tərəfindən 3 "ASAN xidmət" mərkəzində rəqəmsal hökumət pəncərələri yaradılıb.

Regionlarda elektron dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Rəqəmsal İcra Hakimiyyəti – rih.gov.az portalı yaradılaraq istifadəyə verilib. Paralel olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikitintiyə icazələrin verilməsilə bağlı xidmətləri təkmilləşdirilib və yeni xidmətləri istifadəyə verilib. Elektron Sənəd Dövriyyəsi sisteminin tətbiqilə bağlı işlər görülüb, qurumlar inteqrasiya edilib.

İndiyədək Mərkəz tərəfindən 145-dən çox elektron xidmət ərsəyə gətirilib. Göstərilən xidmətlərdən istifadə edən toplam unikal istifadəçi sayı isə 2 840 642-dir.

Dövlət xidmətlərində innovasiyaların tətbiqi və ağıllı həllərin hazırlanması istiqamətində tədbirlər davam etdirilib. Bu il ərzndə "Azərbaycan 500 ASAN Startup" proqramı başlanılıb, "İnnoklub" təsis edilib, "Gələcək üçün bacarıqlar" layihəsi gerçəkləşib, "Baykar" şirkəti ilə və "T3 Vaqfı" ilə "Bilim Azərbaycan" layihəsinə dair razılıq əldə edilib. Eyni zamanda "Baykar" şirkəti ilə Memorandum imzalanıb.

ASAN İnnovativ İnkişaf Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan "YAŞAT" Fondu da fəaliyyətini uğurlar davam etdirir. Bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 52 444 913.01 AZN məbləğində vəsait xərclənib. Belə ki, bu çərçivədə 2 927 şəhidin ailə üzvləri, habelə 5 261 yaralı olmaqla ümumilikdə 16 644 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 11 450 şəxsin 16 537 müraciəti icra olunub.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Hazırda "ABAD" publik hüquqi şəxsin ABAD-çı ailələrinin sayı 500-dən çoxdur və onlara 30-a yaxın xidmət göstərilir.

Könüllülər "ASAN xidmət"in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 2700-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub.

Big.az kollektivi olaraq, həyatımızı ASANlaşdıran bu qurumun hər bir əməkdaşını ürəkdən təbrik edir və fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq.

Bir az da "ASAN xidmət"i vətəndaşların dilindən tanıyaq:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 574   Tarix: 29 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

06.05.2024 748
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 134
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

06.05.2024 164
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 445
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 265
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 156
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 368
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

06.05.2024 159