Prezident, Ali Baş Komandan ordumuzu daim diqqət və qayğı ilə əhatə edib

Prezident, Ali Baş Komandan ordumuzu daim diqqət və qayğı ilə əhatə edibDekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak ediblər. Hərbi hissənin açlışı zamanı çıxış edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir şox münüm məsələlərə toxunaraq, mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, Komando hərbi hissəsinin Hadrutda açılmasının böyük əhəmiyyəti vardır. Çünki bu hərbi hissə içğaldan azad olunmuş ərazidə - vaxtı ilə Dağlıq Qarabağ Muxtar Vilayyətinə aid olan Xocavənd rayonunun ərazisindədir. İndi Hadrutda belə bir hərbi hissənin açılması həm düşmənə, həm də onların havadarlarına bir mesajdır. Belə coğrafi yerdə Komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonra da silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşəcəklər. Belə bir hərbi hissənin açılması göstərir ki, Azərbaycan Ordusu Türkiyə Ordusu təcrübəsindən istifadə edərək ordumuzun təkmilləşdirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Hadrutda yeni hərbi hissənin açılmasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda qazanılmış tarixi Zəfərdən sonra ordu quruculuğu prosesi dayandırılmadı əksinə müharibə təcrübəsindən istifadə edərək bu sahəyə diqqət daha da artırılmış və ordumuzda təkmilləşdirmə prosesi davam edir.
Ordu qurulucuğu istiqamətində aparılan işlər arasında yeni hərbi hissələrin yaradılmasının xüsusi yeri var. Qeyd olunmuşdur ki, hərbi xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, hərbi qulluqşuların mənzil-məişət problemlərinin həlli də daim diqqət mərkəzində saxlanılır. 20 il orduda qüsursuz xidmət etmiş hərbi qulluqçulara cənab Prezidentin müvafiq Fərmanına əsasən mənzillər verilr və bu günə qədər 2200-dən çox hərbi qulluqçuya mənzil verilmişdir. İlin sonuna kimi daha 130 hərbi qulluqçu mənzillə təmin olunacaqdır. Ordumuz dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqət və qayğı iıə əhatə olunub. Bu diqqət və qayğı nəticəsində Azərbaycanın Müzəffər Ordusu dünyada məhz Müzəffər, döyüş meydanında qalib gələn ordu kimi tanınır.
Vətən Müharibəsinin gedişatında Hadrut əməliyyatının mühüm rol oynadığının qeyd edən cənab Prezident bildirmişdir ki, Hadrut əməliyyatı müsir nünya müharibələri tarixində öz layiqli yerini tutacaq. Cənab Prezident, Müzəffər Ali Baş Komandan çıxışı zamanı Ermənistana xəbərdarlıq edərək bildirmişdir: "Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axrı ikinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaransın"

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 488   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179