Paşinyan nəhayət etiraf etdi: Qarabağ Azərbaycandır - VİDEO

Paşinyan nəhayət etiraf etdi: Qarabağ Azərbaycandır - VİDEOAzərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu deyən Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha etiraf edib. Özü də qısa və konkret şəkildə. Paşinyandan daha bir etiraf isə Qarabağın son statusunun dəqiqləşdirilməsi ilə bağlı olub. Ermənistanın baş naziri bu məsələnin Azərbaycan Konstitusiyası əsasında baş verməli olduğunu bildirib.

"Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda və bununla bağlı danışıqlara başlamaqda maraqlıdır".

Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə ötən gün keçirdiyi mətbuat konfransında danışıb.

Ermənistanın baş naziri bir daha Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Paşinyan danışıqlar prosesi ilə rəqiblərinin ona qarşı irəli sürdüyü ittihamlarla bağlı bir sıra mətləblərə aydınlıq gətirib. Paşinyan xüsusilə 2016-cı ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağa aralıq statusu verilməsi təklifinə aydınlıq gətirərək deyib ki, erməni tərəfi bunu fəal şəkildə təbliğ və reklam etdi.

Paşinyan deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb. Baş nazir qeyd edib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin xeyrinə getməyib və o bunda öz sələflərini günahlandırıb. Nikol Paşinyan deyib ki, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün "faciəvi" olub.

Nikol Paşinyan qeyd edib ki, dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. O, sammit çərçivəsində Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirib.

Ermənistanın baş naziri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə də danışıb. Bildirib ki, görüşün baş tutması xüsusi nümayəndələr tərəfindən aparılan danışıqlar prosesinin nə dərəcədə uğurlu keçməsindən asılıdır.(xəzərxəbər)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1066   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 192
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 207
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 126