Məşhur modelyer AÇIQLADI: Pələng ilində bunu geyinmək olmaz

Məşhur modelyer AÇIQLADI: Pələng ilində bunu geyinmək olmaz"Geyim insanın tələbatlarının siyahısında qida ilə paralel olaraq birinci yeri tutur. Hər xalqın öz zövqü, rəng seçimi və duyumu var. Hesab edirəm ki, Azərbaycan alıcısının da, dəbsevərlərinin də özünəməxsus zövqləri var. Xanımlarımızın tərzini çox bəyənirəm, böyük əksəriyyət çox zövqlə geyinir. Son zamanlarda ən yeni tendensiyalara uyğun olaraq öz qarderoblarını formalaşdırırlar, dəb prosesi inkişaf edir, çox sayda mağazalar, butiklər və moda evləri fəaliyyət göstərir".

Publika.az xəbər verir ki, bu sözləri tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova deyib.

Azərbaycanda dəb dünyasının dinamikasından söz açan sənətçi qeyd edib ki, pandemiya hamıya təsir göstərdiyi kimi, moda sahəsindən də yan keçməyib.

Xarıbülbül çiçəyinin vəsfinə çox müraciətlər olunur
"Ona görə ki, moda evləri daha çox gecə libasları tikirlər, bu geyimlər toylar, ad günləri şənlikləri və ya xınayaxdı mərasimləri üçündür. İndi yavaş-yavaş vəziyyət bərpa olunur, demək olar ki, Azərbaycan dəb sənayesinin artıq bir çox brendi var ki, onlar çox ciddi fəaliyyət göstərirlər. Çox sevinirəm ki, onların işçi heyəti və bir çox markaların sahibləri öz tələbələrimdir. Mən 15 ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsində Tətbiqi incəsənət kafedrasında dərs deyirəm, bilavasitə dəb texnologiyasını tədris edirəm. Bu gün bu sektora böyük tələbat və ehtiyac var.

Nəzərə alsaq ki, bu il bizim zəfər ilimizdir, Qarabağ mövzusuna, Xarıbülbül çiçəyinin vəsfinə çox müraciətlər olunur. Bu da çox gözəldir. Ümumiyyətlə, hiss edirəm ki, dəbsevərlər daha çox milli koloritə, milli ornamentlərə üstünlük verməyə başlayıblar. Bir çox tanınmış Avropa brendləri belə bu meylləri görəndə bizim naxışları, Şərq motiv və elementlərini çox böyük həvəslə istifadə edirlər. Bizim alıcılar da onları geyinirlər. Əsas odur ki, biz özümüz daha çox tekstil printləri yarada bilək.

Azərbaycanda son keçirilən moda həftəsində ilk dizaynerəm ki, Xarıbülbül çiçəyinin özü və loqotipini deyil, onun tekstil printini təqdim etdim. Bahar-yay mövsümündə çiçəkli-printli parçaların dəbdə olması dəyişməz bir qaydadır, düşündüm Xarıbülbül çiçəyinin də printi olmalıdır ki, sonradan müxtəlif versiyada parçalar yaradıla bilsin. Təbii ki, bu, ilk işi idi. Düşündüm ki, bu işi görməklə və məlumatı çatdırmaqla bu işə bir təkan verəcəm. Biz bu məsələdə geri qalmamalıyıq, çünki məşhur Avropa brendləri bu parçalardan istehsal edib sonra bizə çox baha qiymətə satacaqlar. Hər zaman adətən belə olur".

"Brendomaniya" hələ də aktualdır

Tanınmış modelyer bildirib ki, moda trendlərini alıcılar özləri yaradır.

"Bütün dünyada bu proses müşahidə olunur və hər kəsin öz ideyaları var. Bu da tamamilə çox təbii bir istiqamətdir. Ona görə ki, hazırda dəb aləmindən böyük həcmdə informasiyanı əldə etmək mümkündür. Əvvəllər informasiyanı əldə etmək çox çətin idi. İndi sosial şəbəkələrdə, yutubda, hər yerdə məşhur brendlərin öz hesabları var. Və biz öz ideyalarımızı hər kəslə paylaşırıq. Alıcı o ideyalara baxır, özünə uyğun olanları seçir, miks edir və bir tərz yaradır. Trendlər bax belə yaranır. Bu gün alıcı özü trendin əsas yaradıcısıdır. Müxtəlif dizaynerlər müxtəlif ideyalar təqdim edirlər, amma sonradan onları özlərinə uyğun adaptasiya edirlər. Amma dünyaca məşhur brendlər yenə də top onluqdadır. Onların geyimi yenə də ən arzulanan libaslardır. Limit şəklində istehsal olunsa da, insanlar o geyimlərə can atırlar. "Brendomaniya" hələ də aktualdır".

Pələng buna yaxşı reaksiya verməz
Dizaynerin sözlərinə görə, Pələng ilində pələng naxışları geyinmək risklidir.

"Belə bir misal var ki, pələng printli geyiminiz varsa, yeni ilə qədər geyinin. Gələn il pələng naxışı geyinsəniz, Pələng buna yaxşı reaksiya verməz. "Pantone" rəng təşkilatı da artıq elan edib ki, yeni ilin ən əsas rəngi açıq mavi olacaq. Bahar və yay kolleksiyalarında bu tonlar çox nəzərə çarpacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1079   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877