Alek Bolduin faciədən sonrakı həyatı haqqında danışdı

Alek Bolduin faciədən sonrakı həyatı haqqında danışdı"Rust" (Pas) filminin çəkiliş meydançasındakı faciədən iki ay sonra 63 yaşlı aktyor Alek Bolduin hazırki həyatı haqqında danışıb.

O, müvafiq videonu "Instagram"da yerləşdirib.

Videoda aktyorun depressiyaya düşdüyü və yorğun olduğu görünür. O, pərəstişkarlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, çətin dövrdə ondan üz döndərməyən hər kəsə təşəkkür edib.

"Bu fürsətdən istifadə edib mənə gözəl sözlər, ən xoş arzular və düşüncələrini çatdıran, mənim üçün dua edən bütün insanlara təşəkkür etmək istəyirəm. Dostlarımdan, qohumlarımdan, həmkarlarımdan və digər insanlardan yüzlərlə məktub almışam. Onlara çox minnətdaram. "Instagram"da çoxları şərh yazır və bu çətin vəziyyətdə mənə çox dəstək olurlar", - deyə aktyor bildirib.

Aktyorun sözlərinə görə, elə bir gün olmur ki, o, operator Qalina Hatçinsin ölümü haqda düşünməsin.

"Onu unuda bilmirəm. O, çox faciəvi şəkildə öldü. İnanın, bu an mənim üçün izsiz ötüşmədi - mən daim bu barədə düşünürəm. Düzünü desəm, indi ən çətin dövrü yaşayıram", - Bolduin etiraf edib.

O əlavə edib ki, həyat yoldaşı və altı övladı ona ağrının öhdəsindən gəlməyə kömək edir.

"İndi məni narahat edən yeganə şey həyat yoldaşım və uşaqlarımdır. İstədiyim tək şey həyatımın davam etməsidir. Çətin dövrdən, çox çətin dövrdən keçməyə çalışıram", - deyə ulduz bildirib.

Xatırladaq ki, oktyabrın 21-də Nyu-Meksiko ştatındakı rançoda "Rust" (Pas) filminin səhnələrindən birinin çəkilişi zamanı Bolduin əsl güllə ilə doldurulmuş tapançadan atəş açaraq operator Qalina Hatçinsi və rejissor Coel Sousanı yaralayıb.

Nəticədə Qalina aldığı xəsarətlərdən ölüb, Coel isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daha sonra ABC telekanalına müsahibə verən aktyor revolverin tətiyini çəkmədiyini və onun sözlərinə görə, atışmanın kortəbii baş verdiyini bəyan edib.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 857   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225