Meksika mətbuatında erməni yalanları ifşa edilib

Meksika mətbuatında erməni yalanları ifşa edilibMeksikanın nüfuzlu KİV-lərindən olan "ContraReplica" qəzetlində Azərbaycan səfiri Məmməd Talıbovun Ermənistanın keçmiş münaqişə ərzində törətdiyi müharibə cinayətləri, hazırda Cənubi Qafqazda gərginliyin artmasına səbəb olan təxribatçı addımları, regionun yeni reallıqları, burada Azərbaycan tərəfindən görülən işlər və bölgədə davamlı sülhün əsas şərtləri barədə məqaləsi dərc olunub.

AR-in Meksikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, yazıda ilk olaraq, Ermənistanın 30 illik işğal dövründə törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri, habelə 44 günlük müharibə zamanı münaqişə zonasından kənarda yerləşən şəhərləri ballistik raket hücumlarına məruz qoyaraq mülki soydaşlarımız arasında çoxsaylı tələfata səbəb olması, eləcə də işğaldan azad olunmuş ərazilərdə müşahidə olunan erməni vandalizmi, burada aparılmış kütləvi minalama və törətdiyi fəsadlar haqqında məlumat verilir.

Sonra bölgədə periodik olaraq özünü biruzə verən gərginliyin səbəbinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin atdığı addımlar, xüsusən bu ölkənin keçmiş müdafiə nazirinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın hərbi qulluqçusunun Azərbaycan ordusunun Laçın ərazisindəki mövqelərinə aparan yolda cəmləşməsi, Laçın və Kəlbəcərdəki mövqelərimizin intensiv atəşə tutulması kimi hallar olduğu bildirilir.

Buna baxmayaraq, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn tələblərə sadiq qaldığı, hazırda bütün səylərini bölgənin yenidən qurulmasına, nəqliyyat yollarının və kommunikasiya xətlərinin bərpa edilməsinə və bölgənin hərtərəfli inkişafına yönəltdiyi vurğulanır.

Yazıda həmçinin, Ermənistan tərəfinin destruktiv ritorikasının başlıca elementlərindən olan "hərbi əsirlər" məsələsinə də fikir bildirilərək, Azərbaycan tərəfindən həbs edilmiş erməni əsilli şəxslərin 10 noyabr 2020-ci il bəyanatından sonra Azərbaycan ərazisinə keçərək burada terror aktları törətməyə cəhd etdikləri, bu səbəbdən onların hərbi əsir deyil, terrorçu olduqları və hazırda Azərbaycanın aidiyyəti orqanları tərəfindən məsuliyyətə cəlb edildikləri, bununla belə, xoş niyyət göstəricisi olaraq sözügedən şəxslərdən cinayətkar əməllərdə birbaşa olaraq iştirak etməmiş olanlarının azadlığa buraxıldığı söylənilir.

Sonda Azərbaycanın sərhədlərin demarkasiya və delimitasiyası işinin başlanması və yekun sülh müqaviləsinin işlənib hazırlanmasına dair Ermənistana dəfələrlə müracitələr ünvanlasa da, bu günədək heç bir müsbət cavab almadığı deyilir və bölgədə davamlı sülhə nail olunması üçün Ermənistanın qonşularına qarşı ərazi iddilalarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, xalqını barışığa hazırlamalı və region ölkələri ilə mehriban qonşuluq şəraitində yaşamağı öyrənməli olduğu bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 549   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 168
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 120
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 94
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 139
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 156
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 186
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 159
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 153
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 162