Bakıda ailə DRAMI: Onkoloji xəstə olan qayınata kürəkənini qətlə yetirdi – MƏHKƏMƏ

Bakıda ailə DRAMI: Onkoloji xəstə olan qayınata kürəkənini qətlə yetirdi – MƏHKƏMƏBakıda qayınatanın kürəkənini qətlə yetirməsi ilə bağlı cinayət işinin motivləri bəlli olub.

Oxu.Az məhkəmə sənədlərinə əsasən, ötən il baş vermiş qətl hadisəsinin təfərrüatını təqdim edir.

Mətbuatda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin adları keçsə də, məhkəmə materialları ilə tanış olarkən onların adlarını çəkməməyi məqsədəuyğun hesab etdik.

Ona görə ki, qətlə məruz qalan şəxs narkotik aludəçisi olub, onu öldürən qayınatası isə onkoloji xəstə.

Biz etik məsələləri nəzərə alıb, onların kimliyini şərti adlar altında gizlədəcəyik.

Hər şey ondan başlayır ki, Ramin 2008-ci ildə Günellə ailə həyatı qurduqdan cəmi iki ay sonra onlar arasında münasibətlər gərginləşir.

Günel evləndikdən iki ay sonra ərinin narkotik istifadəçisi və spirtli içki aludəçisi olduğunu anlayır, belə ki, o evdən narkotik vasitələr, o cümlədən kokain tapır.

Bununla belə onlar həyat yollarını ayırmırlar, bu nikahdan onların iki qız övladı dünyaya gəlir.

Ramin isə hər keçən gün daha da aqressivləşir, hətta qızlarının üzərinə də qışqırır və övladları ilə kobud davranır.

Günel buna görə ərindən ayrılmaq qərarına gəlsə də, atası Mərdan və qayınatası ağsaqqal kimi öz məsləhətlərini verərək cütlüyü bu yoldan çəkindirirlər.

Bu minvalla davam edən evlilik həyatında nahamarlıqlar çoxalır. Bu məsələ ilə bağlı Raminin müalicə olunması üçün həm öz valideynləri, həm də onun özü tərəfindən səylər göstərilir, pul verilir, ancaq nəticəsi olmur.

Bu nəticəsizlik ailənin taleyi üçün xoş olmayan nəticə doğurur. 2020-ci ilin oktyabr-noyabr aylarında Raminin narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratması Günelin ayrılıb ata evinə getməsinə səbəb olur.

Günel onlarda qaldığı vaxtlarda həftədə 2-3 dəfə Raminin öz uşaqlarını görməsi üçün şərait yaradılır.

Həmin ilin dekabrında isə Ramin qayınatası Mərdana zəng edərək aqressiv formada onunla danışır.

Qayınatası Mərdəkandakı bağ evində olduğunu, kürəkəninin ora gələrək söhbət etməsinin vacibliyini bildirir.

Ramin gəldikdən sonra qayınatası ilə mübahisəsi dərinləşir. Ramin qayınatasını, onun ailəsini söyməyə başlayır. Mərdan əsəbini cilovlayaraq ona cavab vermir, düşünür ki, kürəkəni sakitləşəcək və xoşluqla çıxıb gedəcək.

Ancaq onun soyuqqanlılığı fayda vermir, Ramin qızışaraq onu, uşaqlarını, ailəsini pis-pis söyüşlərlə təhqir edir, onu və ailə üzvlərini öldürməklə hədələyir.

2020-ci il dekabrın 13-də qətl hadisəsi baş verir. Həddən artıq şəkildə təhqir olunduğuna dözməyən Mərdan evdə saxladığı tüfəngə əl atır.

"O, mənə elə söyüşlər söydü ki, dözə bilmədim, sanki havalanaraq evin girişindəki tüfəngi götürdüm. Daha sonra kürəkənimə üç dəfə atəş açdım",-deyə Mərdan ifadəsində bildirib.

Mərdan atəş açdıqdan sonra nə olduğunu dərk etmir, yalnız bağbanı gəlib ondan nə olduğunu soruşduqdan sonra özünə gələrək yerdə qalan kürəkənini göstərir.

Mərdan təcili yardıma zəng edir, lakin tibb heyəti gələndən sonra Raminin öldüyünü müəyyən edir.

Raminin qohumları isə ifadələrində baş vermiş hadisəyə görə Günelin anasını günahlanırırlar.

Onlar bildirir ki, Raminin qayınanası ər-arvad münasibətlərinə müdaxilə edib, qızının başını doldurub.

Mərdan isə əməlindən peşmandır, o, məhkəməyə müraciət edərək bildirib ki, onkoloji xəstədir və bu xəstəliklə bağlı Türkiyədə dəfələrlə müalicə alıb.

Həmçinin onun ürəyində kardioloji problemləri olduğu üçün bununla da bağlı əziyyət çəkir, istintaq təcridxanasında lazımi tibbi yardım ala bilmir.

O, məhkəmədən xahiş edib ki, onun onkoloji və kardioloji problemlərini nəzərə almaqla müalicə müəssəsinə köçürülməsinə köməklik edilsin.

Məhkəmənin hökmü ilə Mərdan Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökm edib ki, Mərdan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443