Valideynlər "Pepee"dən narazıdır (Video)

Valideynlər Valideynlər: "Pepee cizgi filmini sevərək izləyirik. Amma film uşaqlara çox mənfi təsir edir. Xüsusilə küsmə epizodları uşaqlarda daha çox pis təsir qoyur"

Türkiyədə valideynlər ölkənin "TRT Çocuk" kanalında nümayiş olunan "Pepee" cizgi filmi ilə bağlı kanal rəhbərliyinə etirazlarını göndərib. Valideynlərin etiraz olaraq kanal rəhbərliyinə göndərdiyi məktubda yazılır ki, cizgi filmində müasir efektlərdən istifadə olunsa da, xeyli mənfi cəhətlər mövcuddur. Bu cəhətlər arasında cizgi filminin qəhrəmanı olan Pepeenin tez-tez dostları ilə küsməsi, vaxtı-vaxtında yemək yeməməsini göstərmək olar. Cizgi filminə baxan azyaşlılar məhz Pepeenin bu xüsusiyyətlərini əzbərləyərək gündəlik həyatda onları tətbiq etməyə çalışırlar. Bu isə uşaqların valideynləri tərəfindən müsbət qarşılanmır.

Qeyd edək ki, belə halların baş verməsi sonda uşaqların cizgi filmindən məhrum edilməsi ilə nəticələnir ki, bu isə onların psixoloji durumuna heç də müsbət təsir etmir.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 7172   Tarix: 20 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740