Ərdoğan: "Prezident İlham Əliyev Zəfərin baş memarıdır"

Ərdoğan: "Prezident İlham Əliyev Zəfərin baş memarıdır""Bu bünövrədə qardaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. Bir-birinə qəlbən bağlı olan ölkələrimizi boru xətləri, dəmir yolları ilə də əlaqələndirdik. Həyata keçirilən birgə layihələr sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, bunların yaratdığı regional rifah və stabillik güclənəcək".

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı "Prezident. Təkrarsız diplomatiya" adlı sənədli filmdə bildirib.

"İlham qardaşımın baş komandanlığı və rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğalı 44 gündə sona çatdırdı, haqlı davasında dastanvari zəfər qazandı. "Bir millət – iki dövlət" şüarı ilə Türkiyənin qardaşlıq vəzifəsinə əsaslanaraq etdiyi Vətən müharibəsi müddətində müxtəlif təxribatlara baxmayaraq, İlham qardaşım qətiyyətli və soyuqqanlı liderlik nümayiş etdirərək Zəfərin baş memarı oldu. Bir milyon qaçqın qardaşımızın evə qayıdış yollarını açdı. O, bu qüruru və sevinci Türkiyə və Azərbaycana verib. Bu vəsilə ilə müzəffər Ali Baş Komandan, cənab Əliyevi və qəhrəman Azərbaycan xalqını bir daha təbrik edirəm", - dövlət başçısı deyib.

Ərdoğan vurğulayıb ki, Heydər Əliyev dövründə başlayan və İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib:

"Paytaxt Bakı Xəzərin parlayan ulduzuna çevrildi. Bir il içində Qarabağın incisi və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, Füzuli və işğaldan azad edilən digər yaşayış yerlərində layihələr sürətlə həyata keçirildi. Qarabağın azad olunmasından olduğu kimi, bərpa və restavrasiya prosesində Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Türkiyə olaraq indi və həmişə Azərbaycan qardaşlarımızla çiyin-çiyinə irəliləməyə davam edəcəyik".

"Münasibətlərimizdə daim olan digər element isə qardaş köməyidir. Türkiyənin milli mücadilə dövründə azərbaycanlı qardaşlarımız tərəfindən toplanan yardımların unudulması mümkündürmü? Bu ilin yayında meşə yanğınları ilə mübarizədə bizimlə çiyin-çiyinə mücadilə aparan azərbaycanlıların nümayiş etdirdiyi həmrəyliyi unutmaq mümkündürmü? 15 iyun mənfur dövlət çevrilişi cəhdinin qarşısının alınmasında can Azərbaycanın dəstəyini unutmaq mümkündürmü?", - Türkiyə Prezidenti qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 448   Tarix: 24 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 262
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 181
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 491
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 443
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 116
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 74
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 715
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 807
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 359