Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib

Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətiribTəhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib.

"Report" xəbər verir ki, nazir hazırda məsələ ilə bağlı ictimai müzakirələrin getdiyini və bunu izlədiklərini bildirib.

O qeyd edib ki, müxtəlif fikirlər səslənir. Nazir bunlara fikir bildirənlərə təşəkkür edib: "Çünki bəzən səsləndirilməyən də təəssüf ki, səsləndirilir. Bu da gözləniləndir. Burada hər hansı bir ümidsizliyə qapılmağa ehtiyac görmürəm. Lakin ümumilikdə bir neçə prinsip vacibdir. Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları, yaxud təhsili idarə edən hər hansı şəxslərin məktəbdə dırnaqarası pul yığması, yaxud maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir. Hesab edirəm ki, biz məktəblərə resurs cəlb oluna bilər fikrini səsləndirəndə və bu könüllü əsasda olmalıdır dedikdə bu, məktəb direktoru, yaxud hansısa məmur tərəfindən mütləq olmalıdır fikri kimi başa düşülməməlidir. Könüllülük çox vacib məsələdir. Bu da o demək deyil ki, kimsə buna məcbur edilə bilər, sadəcə istəyə bağlıdır".

"Kimsə öz oxuduğu, məzun olduğu, yaşadığı yerin həyətində olan, yaxud övladının təhsil aldığı məktəbə hər hansı şəkildə, eləcə də qanunda zidd nəzərdə tutulmayan mövzu ilə bağlı könüllü olaraq hansısa maddi resursu vermək istəyirsə, bunun mexanizmi olmalıdır", - deyən nazir əlavə edib ki, bəzən yanlış olaraq Valideyn Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin qurumu kimi başa düşülür: "Amma bu belə deyil. Bu, valideynlərin özünü idarəetmə qurumudur. Yəni təşkilat ola da bilər, olmaya da bilər. Valideynlər qərar verməlidirlər ki, onlar məktəbin idarəetməsində iştirak etmək üçün bu və ya digər ictimai qurumlarda təmsil olunub bu işi görmək istəyirlər ya yox. Təbii ki, təmsil olunub bu işi görə bilirlərsə, bu, şagird, təhsil və məktəb üçün də yaxşı xəbərdir. VMA və bu kimi ictimai təşkilatlar cəmiyyət üçün yeni və öyrəşmədikləri modellərdir. Qanunvericiliyə görə də belə qurumların fəaliyyəti hələlik qadağan olunmayıb. Söhbət könüllü yığılan vəsaitin şəffaflıq, hesabatlılıq prinsipi əsasında şagirdlərin inkişafı naminə toplanıb xərclənməsində bir problem olmasından gedir".

Onun sözlərinə görə, müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır: "Bu, risklidirmi, hansı risklər var və nəyi pisdir? Əgər valideyn bütün vergilərini ödəyəndən sonra könüllü olaraq əlindəki əlavə vəsaiti hər hansı səbəblə məktəbə vermək istəyirsə, arqument olmalıdır ki, bu çox pisdir və bunu etmək olmaz. Yaxud da bu cinayət deyilsə və mümkündürsə bunun mexanizmini müzakirə etməliyik. Məncə bu növbəti addımdır.

Hələlik ictimai müzakirələrdə səsləndirilən fikirləri toplayırıq, ictimaiyyətin rəyini öyrənirik. Hesab edirəm ki, gələn ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək. Müzakirələrin davamlı olmasını istəyirik. Mövzu ətrafında hansısa kənara çıxmalar olmadan bu müzakirədə iştirak edən hər kəsə təşəkkür edirəm. növbəti mərhələdə artıq ictimaiyyətə ayrı-ayrı mexanizm və modelləri təqdim edə biləcəyik. Orada da eyni sual olacaq ki, bu pisdirmi, yaxşıdırmı? Addım-addım yeni modellərdən qorxmamalıyıq. Məktəb rəhbərliyi ilə bağlı mənfi fikri olanlar da var. Yəqin ki, bunun da səbəbləri var. Lakin bu, hər zaman belə qalası deyil. Biz bunu yaxşıya və işləyən mexanizmlərə doğru dəyişməliyik. Təbii ki, bunu məcbur etməliyik deyə bir şey də yoxdur. İlk növbədə valideyn və ictimaiyyət məsələnin mahiyyətini anlamalı, istəməli və tətbiq etməlidir. İstəməsələr, olmayacaq. Olmasa da sadəcə məktəbə əlavə resurs gəlməyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2093   Tarix: 24 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 575
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 916
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 194
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 363
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 126
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 466
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 89
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 672
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 227