Azərbaycanda şok hadisə – Çağırılmamış qonaq şadlıq evinə gəldi, bəy bıçaqlandı, atası öldü

Azərbaycanda şok hadisə – Çağırılmamış qonaq şadlıq evinə gəldi, bəy bıçaqlandı, atası öldüİsmayıllı rayonunda bu ilin 18 iyul tarixində İsmayıllı rayonunda keçirilmiş toy məclisində baş vermiş dava-dalaş hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İsmayıllı rayon Məhkəməsində hadisəni törədən 1996-cı il təvəllüdlü Hafiz Ağayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb. Bəlli olub ki, hadisəni törədən şəxs çağırılmasa da həmin gün İsmayıllı şəhərində yerləşən "Gülüstan" şadlıq evində keçirilən tanışı, 1993-cü il təvəllüdlü Abuzər Tahirlinin toyuna gedib. O, əvvəlcə toyda iştirak edən bəyin xalası oğlu, daha sonra isə bəyin qardaşı ilə dalaşıb. Bundan sonra toydan qovulan Hafiz bıçaq götürərək bəyin yaşadığı evə gedib.

Məhkəmədə ifadə verən zərərçəkmiş A.Tahirli hadisəni belə nəql edib: "18 iyul 2021-ci il tarixdə mənim toyum keçirilib. Toydan bir gün əvvəl toy axşamı dediyimiz məclisdə Hafiz də iştirak edib, həmin gün ona xoşgəlin də etmişəm. Səhərisi gün "Gülüstan" şadlıq sarayında toy baş tutdu. Toy təxminən 18 radələrində başladı və toya qardaşım İlkin nəzarət edib. Təxminən saat 21 radələrində xalam oğlu Asimin toya çağırılmadan gəklmiş Hafizlə mübahisə etdiyini toyda olan şəxslərdən eşitdim və onların mübahisə etdiyi yerə, yəni şadlıq sarayının foyesinə getdim. Foyeyə daxil olanda Hafizin oradan çıxdığını gördüm və buna görə də Asim ilə Hafizin nə danışdıqlarını və nəyə görə mübahisə etdiklərini bilmədim. Hafizin toya kimin dəvəti ilə gəldiyini bilmirəm. Toydan sonra saat təxminən 22 radələrində qohumum Sübhandan mənə siqaret gətirməsini xahiş etdim və küçəyə çıxıb onu gözlədim. Həmin vaxt Hafizin yaşadığım evin qapısına tərəf gəldiyini gördü. Hafiz mənə yaxınlaşaraq qardaşım İlkinin nəyə görə onu vurduğunu və ona söydüyünü soruşdu. Mən də Hafizə İlkinin onu vurub-vurmadığını görmədiyimi və "kişiyə kişi, peysərə peysər deyərlər" dəklində cavab verdim, bu zaman aramızda mübahisə yarandı. Belə ki, Hafizin narahat biri olduğunu, qardaşım İlkinə xəsarət yetirə biləcəyini təxmin edirdim. Buna görə də Hafiz ilə İlkinin qarşılaşmasına imkan vermək istəmirdim. Mübahisə zamanı Hafiz bizim ev tərəfə getmək istəsə də, ona evə tərəf getməyə imkan vermədim. Mübahisə edərkən Hafiz anidən yumruqla sinəmdən, bundan sonra isə bıçaqla 1 dəfə sinəmdən, daha sonra isə həmin bıçaqla 2 ədəd belimin sol aşağı hissəsindən vurdu. Bıçaq zərbələrindən sonra yerə yıxıldım. Bundan sonra gördüm ki, İlkin Hafizə tərəf gedir. Hafiz 1 dəfə bıçaqla İlkinin qolundan vurdu. Hafiz bıçaqla hamını qorxutduğu üçün heç kəs ona yaxınlaşmadı. Həmin vaxt Hafiz yaxınlıqda olan VAZ 2107 markalı avtomobilə əyləşərək oradan getdi. Məhkəmədən təqsirləndirilən şəxsi qanunla nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini xahiş edirəm".

İfadə verən İlkin Tahirli də Hafizin həmin gün toya glərək dava-dalaş saldığını, daha sonra onu şadlıq sarayından kənarlaşdırdıqlarını deyib.

Təqsirləndirilən şəxs isə münaqişənin şadlıq evində bəyin qardaşı və xalası oğlunun onu vuraraq "peysər" deməsinə görə baş verdiyini bildirib və törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, hadisə vaxtı 2 oğlunun bıçaqlandığını görən 1961-ci il təvəllüdlü Nəriman Səfəralıyev infarkt keçirərək vəfat edib.

Dekabrın 21-də fakt üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İsmayıllı rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesin yekununda Hafiz Ağayevin 2 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edilib.

///Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1759   Tarix: 23 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489