"AST Telman"ın daha bir böyük layihəsi

Yəhudi əsilli milyarder Rusiya paytaxtının genişlənməsi layihəsindən pay qoparmağa çalışır, onun keçmiş bazarının ərazisi isə xüsusi qadağa altındadır
Yəhudi əsilli azərbaycanlı milyarder, "AST Telman" ləqəbi ilə tanınan Telman İsmayılov Rusiya paytaxtının genişləndirilməsi və federal strukturların binalarının Moskvanın mərkəzindən ətrafına köçürülməsi layihəsindən pay qoparmaq üçün hərəkətə keçib. "Vedemosti" və "RBK Daily" xəbər verir ki, iş adamı Moskvanın Leninsk rayonundan 36 hektar torpaq sahəsi almaq barədə müqavilə bağlayıb. Milyarder Moskvanın genişlənməsi layihəsi çərçivəsində bu ərazidə daşınmaz əmlaka tələbatın artacağını nəzərə alır və orada bir sıra obyektlər, villalar və elit yaşayış binaları inşa etməyə hazırlaşır.

Lakin şayiələr var ki, T.İsmayılov həmin ərazidə vaxtilə ona məxsus olan və qalmaqallı şəkildə, prezident Vladimir Putinin şəxsi göstərişi əsasında bağlanan "Çerkizovsk" bazarının oxşarını tikəcək. Bununla belə, biznesmenin torpaq sahəsi almasına dair sövdələşmənin iştirakçıları bu şayiələri əsassız adlandırıb. Bildirilir ki, Rusiyada biznesi olan digər Azərbaycan əsilli milyarder dağ yəhudiləri də Moskvanın genişlənməsi layihəsindən gəlir əldə etmək üçün hərəkətə keçiblər.

T.İsmayılovun bağlanan və böyük hissəsi sökülən "Çerkizovsk" bazarının ərazisi üzərində isə Moskva meri Yuri Sobyaninin xüsusi qadağası var. Moskva Şəhər Arxitektura İdarəsinin keçmiş rəhbəri Aleksandr Kuzmin bildirib ki, əraziyə dair vahid layihə hazır olmadan mer "Çerkizovsk" bazarının yeri ilə bağlı istənilən təklifə baxılmasına qadağa qoyub. Gözlənilir ki, vahid layihə ilin sonunadək hazır olacaq. İndiyədək bazarın yerləşdiyi əraziyə bir çox iri biznesmenlərin iddia etdiyi bildirilir. T.İsmayılovun da Moskvada "Çerkizovsk" tipli, lakin müasir formada iri ticarət yarmarkası açmaq üçün cəhdlər göstərdiyi, ancaq buna icazə ala bilmədiyi haqda xəbərlər var. Məlumatlara görə, T.İsmayılov Rusiyadakı biznes fəaliyyətini xeyli məhdudlaşdırıb, bir çox aktivlərini satıb.

Mənbə: Müsavat qəzeti


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10069   Tarix: 19 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 221
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 116
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 251
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 506
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 644
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 874
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 219
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 260
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 491