Silvestr Stallone oğlunun ölümündə ittiham olundu

Silvestr Stallone oğlunun ölümündə ittiham olundu

Dünyanın ən məşhur aktyorlarından biri, "Slay" kimi tanınan Hollivud ulduzu Silvestr Stallonenin oğlu Seyc dünyasını dəyişəndən sonra yaranan qalmaqal səngimək bilmir"RadarOnline" bildirir ki, Stallonenin qohumu Edd Filiti aktyora qarşı sərt ittihamlarla çıxış edib.

"Silvestr, oğlunu sən öldürdün! Oğluna nifrət edir, onunla əlaqə saxlamaq, danışmaq istəmirdin. Seyc tənhalıq və qüssədən öldü", - Filiti yazıb.

Silvestr Stalonnenin əmisi qızının ailəsi aktyorla bütün əlaqələri kəsib.
Edd Filiti deyir: "O, doğma oğluna tüpürmüşdü. Ailə üzvlərimizdən savayı kimsə bilmirdi ki, Seyc atası üçün nə qədər darıxır. Seycin səbr kasasını daşdıran son damla atasının təmaslardan imtina etməsi idi. O, iyulun 6-da atasına zəng vurub onu ad günü münasibətilə təbrik etmək istəyəndə Stallone dəstəyi qaldırmadı".

Filiti sakitləşmək bilmir: "Silvestr, sənə də, arvadın Cenniferə də oğlun gərək deyildi. Siz onu həyatınızdan pozmuşdunuz. İndi bəlkə də utanmırsınız. Amma cəmiyyət sizə arxa çevirəndə görüm, nə deyəcəksiniz. Superulduz olsan da, övladlarına belə münasibət bəsləməməlisən".




mənbə: xezerxeber.com

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 4261 Tarix: 19.07.2012



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər