ATV-dən ayrılma səbəbini ilk dəfə açıqladı

ATV-dən ayrılma səbəbini ilk dəfə açıqladı"Ruslar üçün deyil, orada yaşayan Azərbaycanlılar üçündür. "Stand-up"ımızda orada rusca danışa bilməyən azərbaycanlılarla bağlı səhnə də yer alacaq. Azərbaycandan kənarda ilk çıxışımdır. Amma davamını düşünürəm, bir növ turne şəklində olacaq. Sankt-Peterburqda, Moskvada, Ankarada olacaq. Hazırda danışıqlar gedir".

Bu sözləri Axşam.az-a açıqlamasında aktyor Fərda Xudaverdiyev deyib. Sənətçi "Stand-up" turnesinə hazırlaşmasından danışıb. Fərda bildirib ki, Rusiyada, türkiyədə çıxışları olacaq:

"Bakıda da planımızda var. Bütün zarafatlar yenidir. Hər bir konsertdən sonra özüm götür-qoy edəcəm. Hansısa blok dəyişə bilər. Novruz bayramından əvvəl, lap çatdırsam, 14 fevralda Bakıda da olacaq".

Xudaverdiyev aparıcısı olduğu "10 qat şou"nun bitməsinə və ATV kanalı ilə yollarını ayırmasına da aydınlıq gətirib:

"Veriliş bu mövsüm olmadı. Səbəb "Komedixana" və "Xəzər TV"də kadrlar şöbəsində çalışmağımdır. Kanalla yollarımı ayırmıram. Orada hər kəs dostumdur. Bu aralar işlərim çoxdur. Yeni film ssenarisi yazıram. Rejissorluğunu da özüm edəcəm. Öz yazdığım zarafatları istədiyim kimi görmək üçün bu addımı atıram. Həm "Milli komedi", həm də "10 qat şou"ya çox xərcləndiyim üçün uzaqlaşdım. Aparıcılıq hər an ola bilər. Söhbət şoudan gedirsə, niyə də olmasın. Hazırda "Stand-up" turnesinə vaxtımı ayırmışam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1875   Tarix: 06 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 1963
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1430
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

13:30 353
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 865
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

13:40 389
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

10:43 861
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 839
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

20:30 0
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1224