"Yeyə bilmirəm, damardan qidalanıram"

"Yeyə bilmirəm, damardan qidalanıram"Müğənni və aparıcı Seren Serengil səhhətindəki problemlərlə bağlı açıqlama verib.

OLAY yazır ki, arıqlamaq üçün əməliyyat olunan, daha sonra bir sıra problemlər yaşayan Seren öd kisəsinin də çıxarıldığını deyib:

"Qarə ciyərlərimdə də problem var. Həkim əməliyyat olmasan sirroza çevriləcək, deyir. Əməliyyatı edən həkimdən və xəstəxanadan şikayətçi olacam. Bu il çəkim 43.5 və 43.7 kilo arasında dəyişir. Çəki itirməyi önəmsəmirəm. Amma qara ciyər çatışmazlığı var. Boyum da 4 santimetr qısalıb. Əvvəl 1.67 idim, indi 1.63. Şoka düşdüm. "Necə ola bilər?",-dedim. Bir dəfə də baxdım. Sümük əriməsi başlayıb. Yemək yedikdən sonra halım dəyişir, yediyimi qaytarıram. Tualet olmayan bir yerə gedə bilmirəm. Bəzən belə xəstə insanı efirə necə çıxarırlar, deyirlər. Studiyanın arxasında kulis və tualet var. Efir zamanı 5-6 dəfə ora gedirəm. Artıq bunlardan çox yorulmuşam. İşimi görməyə çalışıram, bu qədərini edə bilirəm, iki saatlıq gəlib-gedirəm. Gəzməyə gedə bilmirəm, bu mümkün deyil. Yemək yedikdən sonra beynimə qan getmir. Bədənimdəki bütün qan bağırsağa gedir, beyinə və ürəyə yox. Ona görə nəfəs ala bilmirəm".
Serengil deyib ki, bu günə qədər xəstəxanadan şikayətçi olmaq istəməyib:

"Mən hər gün sistem qəbul edirəm. İndi belə yaşayıram, damar vasitəsilə qidalanıram. Ağızdan qəbul edilən dərmanın da heç bir faydası yoxdur. Çünki həzm olunan yer yoxdur. Əgər bir xəstəxana və həkim səhv edirsə, problemi aradan qaldırmağa cəhd etməlidirlər. Bunlar isə telefonuma cavab vermirlər. Bu günə qədər şikayətçi olmamışdım, lakin vəziyyəti bu yerə gətirdikləri üçün şikayət edəcəm. Ən azından başqa insanlar etdirməsin. Düzdür məndə də səhv var. 60-70 kilolarda ikən belə bir şey etdirməməli idim. Amma mən öz üzərimə düşəni götürürəm. Həkim isə belə bir şeyi pul üçün etməməlidir. Bir çox qadının başına gəlib, lakin mən ekranda olduğum üçün öz səsimi insanlara çatdıra bilirəm".

Qeyd edək ki, Serengilin ikinci əməliyyatda mədəsinin böyük hissəsi çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3612   Tarix: 03 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 666
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1285
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 929
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1338
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 743
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1677
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1995
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 686
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 437