10 noyabr Bəyanatı regionun daha sabit və firavan sabahına olan inamı artırır

10 noyabr Bəyanatı regionun daha sabit və firavan sabahına olan inamı artırırÖtən il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə Bəyanat imzalamaqla 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Müharibə günlərində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi, həm də Ermənistanın havadarlarına bir mesaj oldu. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək. İki qardaş ölkə arasında ictimai-siyasi müstəvidə də əməkdaşlıq uğurla inkişaf etməkdədir.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, eləcə də Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda "Dost Aqropark"ın təməli qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq.
Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.

Fuad Heydər YAP Səbail rayon təşkilatının əməkdaşı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində "müşahidələrə başlaması" regiona yaxşı heç nə vəd etmir" - Deputat

Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) "müşahidəçiləri" yenidən Azərbaycanla sərhədə gəliblər. Bir neçə gün öncə Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Mövzu ilə bağlı -a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Avropa İttifaqının "mülki" missiyasını

31.10.2024 244
.

İstismara yararsız məktəblərdə dərslər niyə tədris edilir?

Bütün ölkə boyu müasir sosial infrastruktur obyektlərinin yaradılması Azərbaycanı dərin məzmunlu sosial siyasət həyata keçirən ölkə kimi fərqləndirən əsas cəhətlərdən biridir. Son 13 ildə respublikanın inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəbləri

31.10.2024 353
.

Burun əməliyyatı üçün getdiyi xəstəxanadan cənazəsi çıxdı

Türkiyənin Diyarbakır bölgəsində yaşayan Damla Sakallı adlı qadın burun əməliyyatı üçün özəl xəstəxanalardan birinə müraciət edib. türk mediasına istinadən xəbər verir ki, əməliyyata girmədən əvvəl Damla Sakallıya sistem qoşulub. Sistem bitdikdən sonra qadının halı pisləşib və bir neçə dəqiqədən sonr

31.10.2024 2116
.

"Mədəniyyət abidələrinin pulsuz olması turistlərdə maraq yaratmır"-Ceyhun Aşurov

Azərbaycan qeydiyyata alınmış dünya əhəmiyyətli abidələrin daha çox olduğu ölkədir. Demək olar ki, hər bir rayon və şəhərdə tarixi daha qədim dövrlərə gedib çıxan mədəniyyət abidələrinə rast gəlmək mümkündür. Dünya təcrübəsinə baxdıqda mədəniyyət abidələri çox olan ölkələr turistlər üçün gəzintilər

31.10.2024 223
.

Rəsmi Kreml Google rəhbərliyini məhkəməyə verib

Rusiya televiziya kanallarının yayımı Google rəhbərliyi tərəfindən dayandırılıb. xarici mediaya istinadən xəbər verir ki, buna görə də Rusiya məhkəməsi Google rəhbərliyini 20 milyart dollar cərimələyib. Kreml rəsmisi jurnalistlərə verdiyi açıqlamada "Bu cərimə Google tərəfindən rus televiziya kanalların

31.10.2024 152
.

Mehriban Əliyeva qızları və gəlini ilə açılışda - Fotolar

Bu gün Bakının Xətai rayonundakı Alim Məmmədov adına körpələr evi-uşaq bağçası təmirdən sonra yenidən istifadəyə verilib. Axşam.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar. Uşa

31.10.2024 549
.

Acun Ilıcalı qızının ad gününü belə təbrik etdi

Türkiyəli işadamı Acun Ilıcalı qızının ad gününü təbrik edib. xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib. "Canım qızım, neçə belə xoşbəxt illərin olsun" ,- deyə o bildirib. [hh4-unikal]

31.10.2024 387
.

"Onları kübar təbəqə toya çağırmır" - Nazilə Səfərli

Şairə və tamada Nazilə Səfərli maraqlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Nazilə social şəbəkə hesabında toylara çox gedən müğənnilərdən yazıb: . "Toylarda çox görünən müğənnilərə paxıllıq etməyin. Necə ki, axsaq ritmli zövqsüz mahnıların müğənnilərini kübar təbəqə dəvət etmir, eləcə d

31.10.2024 284
.

İnnovasiyalar ekranda: LG və Samsung-un ən yeni televizor modelləri

LG televizorlar və Samsung texnologiya dünyasında keyfiyyət və innovasiya standartlarını təyin etməkdə davam edir. Hər iki brendin yeni nəsil modelləri, ev əyləncəsini daha yüksək səviyyəyə qaldıran təkmilləşdirilmiş xüsusiyyətlər və yeni ideyalarla zəngindir. Displey texnologiyaları. LG televizorlar

31.10.2024 240
TOP MP3