Yağışlı hava nə vaxtadək davam edəcək?

Yağışlı hava nə vaxtadək davam edəcək?Ölkə ərazisində qeyri-sabit, fasilələrlə yağmurlu hava şəraiti oktyabrın 1-dək davam edəcək.

BiG.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, son günlər ölkəmizdə tutqun, yağmurlu payız günləri müşahidə edilir. Yayın davamlı quraqlığından sonra yağan yağış həm də çaylarımızı qidalandırır:

"Kürün yuxarı axınından, Qıraqkəsəmən məntəqəsindən keçən suyun həcmi ongünlük normadan 21 faiz çox olub, aşağı axınında, Kür-Şirvan məntəqəsində suyun səviyyəsi isə 10 sm artıb. Daha bol yağışlar ölkənin şimal və şərqində qeydə alınıb. Belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə, oksigenlə zənginləşməsinə səbəb olur".

Xidmət rəsmisi qeyd edib ki, bu gün səhər saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 56 (aylıq normanın 33 faizi), Astarada 23, Şabran, Lerikdə 14, Yardımlıda 13, Göytəpədə 10, Quba, Biləsuvarda 9 (aylıq normanın 52 faizi), Qusarda 7, Neftçalada 6, Xaltanda 5, Ağdamda 5, Balakən, Naftalan, Beyləqanda 3, Qobustan, Sarıbaş (Qax), İmişli, Mingəçevirdə 2, Altıağac, Zaqatala, Bərdə, Yevlaxda 1 mm-dək olub.

Tağıyevanın sözlərinə görə, Abşeron yarımadasında isə sutka ərzində yağışın həcmi iki aylıq norma miqdarında olub. Məsələn, Maştağada 50 (aylıq normanın 222 faizi), Bakıda 26 (aylıq normanın 151 faizi), Sumqayıtda 13 mm (aylıq normanın 72 faizi) qeydə alınıb.

Xidmət rəsmisinin sözlərinə görə, burada maraqlı tendensiya izlənilir. Son onilliklərdə Bakı şəhərində güclü yağışlı günlərin sayı artıb:

"2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağıb, düşən yağıntının miqdarı 47 mm təşkil edib ki, bu da aylıq normadan 3 dəfə çoxdur. 2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı 34 mm olub ki, bu da iqlim normasının 198 faizini təşkil edib. Dəyişən iqlimin təzahürləri gündəlik həyatımızda artıq daha çox hiss edilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2297   Tarix: 29 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

11:07 156
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 1266
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

18:11 67
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 204
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 355
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

14:48 225
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

11:01 733
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 1050
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 313