Bu il körpələrə ən çox hansı adlar qoyulub? (Video)

Bu il körpələrə ən çox hansı adlar qoyulub? (Video)2012-ci ildə 146 uşağa eyni ad verilib

2012- ci ilin birinci yarısında oğlan uşaqlarına qoyulan ən populyar adlar peyğəmbər və imam adları olub. Ədliyyə Nazirliyindən verilən məlumata görə, siyahıya liderliyi Yusif adı edir. Belə ki, bu il 146 oğlan uşağına məhz bu ad qoyulub. Yusif adı 2011-ci ildə 4011, 2010-cu ildə 2956 oğlan uşağına verilib.
Sonraki sırada Hüseyn, Əli, Məhəmməd, Ömər adları yer alır. İlk onluqda Murad, Ayxan, Fərid, Tunar və Nihat adları da var.

Bu ilin qız adları sırasında isə 142 uşaqla Nuray adı liderlik edir. Ötən il Nuray adı ilə çağırılan qızların sayı 3497, 2010-cu ildə isə 3010 nəfər olub. Ən populyar qız adları sırasında ardıcıllıq belədir: Zəhra, Fatimə, Ayan ,Aylin, Fidan, Leyla, Zeynəb, Xədicə.

Sakinlər arasında isə son illər yeni doğulan uşaqlara qoyulan adlarla bağlı fikirlər təzadlıdiı. Adları bəyənənlər də var, populyar adlar sırasında mənasız adların olmasından və Azərbaycan adlarının zəngin olmasına baxmayaraq uşaqların çoxuna eyni, türk adların qoyulmasından narahat olanlar da.
Mütəxəssislər də insana qoyulan adın onun gələcək taleyində böyük rolu olduğu qənaətindədirlər. İlahiyyatçı Hacı Şahin deyir ki, son 5-10 illə müqayisədə uşaqlarına müqəddəslərin, pəyğəmbər və imamların adını qoyanların sayı artıb. Amma adını bəyənməyənlərin sonradan yeni ad seçimi etmək şansı var. Qoyulan adları yenidən dəyişdirmək hüququna malik olan istənilən şəxs soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün müvafiq sənədlərini rayon İcra Hakimiyyətinə təqdim edib, dövlət rüsumu ödəməklə istədiyi adı daşıya bilər.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9284   Tarix: 04 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 481
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 404
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 475
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 219
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 372
.

Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər

Çinin böyük şəhərlərinin təxminən yarısı orta və ya kəskin çökmədən əziyyət çəkir və xüsusən də dünya okeanının səviyyəsi yüksəldikcə bu, milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur. Bu barədə Cənubi Çin Pedaqoji Universitetindən Ao Zuruinin rəhbərlik etdiyi alimlər qrupu "Science"

20.04.2024 322
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 407
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 179
.

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır. "Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcı

14.04.2024 334