"Bir çoxları deyir ki, o oğlundan sonra yaşamaq istəmirdi, amma mən bunu deyə bilmərəm..."

"Bir çoxları deyir ki, o oğlundan sonra yaşamaq istəmirdi, amma mən bunu deyə bilmərəm...""Artıq 2 həftədir ki, Zöhrə xanım bizim aramızda yoxdur. Onun ölümünə hələ də inanmıram, elə bilirəm ki, bu dəqiqə qapı açılacaq və oynaya-oynaya içəri daxil olacaq. Yas mərasimlərində evinə yığışırıq, onu yada salırıq, zarafatlarını, xoş sözlərini xatırlayırıq, amma inanın Allaha o qədər çətindir ki, mənə o olmayan evə ayaq basmaq. O, mənim 25 illik dostum, sirdaşım, sənətkarım olub. Təbii ki, bundan öncə də onu mən bir müğənni, sevilən sənətkar kimi tanıyırdım. Amma onunla ilk tanışlığım Zöhrə xanım üçün Nüsrət Kəsəmənlinin yazdığı sözlərə bəstələdiyim "Sənsiz" mahnısı ilə oldu. Ona zəng edib, özümü təqdim etdim və beləcə bizim yaradıcılığımız başladı. Bundan sonra bir neçə mahnını birlikdə işlədik. Söhbət əsnasında Zöhrə xanım mənə dedi ki, səni tanıyıram, hətta bizim atalarımız dost olub. Həqiqətən də onun atası Şuşada mədəniyyət mərkəzinin direktoru idi, mənim atam da o vaxtlar yaxşı səsi olduğu üçün oxuyurdu. Daha sonra bir az da yaxın olduq, əvvəl o Həsən bəy Zərdabi küçəsində ev aldı, daha sonra isə mən. Binalarımız yaxın idi, hətta bir-birimizə əl də edirdik"

Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar Sədaqət Arifqızı deyib. O daha sonra əlavə edib.

"Zöhrə xanıma zəng edəndə ki, sənin üçün mahnı yazmışam, mənə deyirdi ki, göndər gəlsin oxuyacam. Deyirdim ki, bir qulaq as da, bəlkə heç bəyənməyəcəksən? Deyirdi ki, sən yazmısansa bəyənməməyim mümkün deyil. Həqiqətən də Zöhrə xanıma neçə mahnı vermişəmsə hamısını oxuyub, geri çevirməyib. Təkcə Kənan M M-in sözlərinə bəstələdiyim mahnını oxumadı, o digər mahnılara nisbətən lirik deyildi, Zöhrə xanımın isə artıq övladı dünyasını dəyişmişdi, dedi ki, indi yox, sonra oxuyaram. Mənim onun üçün bəstələdiyim "Ata sənə ehtiyacım var", "Qəbul eylə", "Mən səni göylərdən seyr edəcəyəm" və s. mahnılar onun ifasında çox sevildi. Mahnını alıb, evə atan müğənnilərdən deyildi, qiymət verirdi, harada olurdursa dəyərləndirib, müəllif və bəstəkarın adını çəkirdi. Deyirdi ki, lirik mahnıların kraliçası-Sədaqət Arifqızı! Deyirdim ki, ay Zöhrə, elə deyib məni digərləri ilə düşmən etmə (gülür). Ona görə də Zöhrənin itkisi mənim üçün çox ağırdır, hələ də ondan danışanda gözlərim dolur, təsəlli tapa bilmirəm. Son bir aya qədər ümidim var idi ki, sağalacaq. Məndə səs yazısı da var idi, deyirdi ki, həkimlər də artıq mənə kömək edə bilmir, ümid Allahındır. Çox təəssüf ki, son 2 ay mən onunla görüşə bilmədim, istəmirdi ki, onu elə ağır vəziyyətdə görüm. O sanki məni qoruyurdu, bilirdi ki, bu cür hallara həssasam. Amma bir ara yaxşı olmuşdu, dedi ki, Sədaqət, ürəyim səni istəyir, hazırlaşırdım ki, gedim qəfildən səhhəti pisləşdi. Bir çoxları deyir ki, o oğlundan sonra yaşamaq istəmirdi, amma mən bunu deyə bilmərəm. Təbii ki, övlad itkisi ana üçün çox ağırdır, amma Zöhrə xanım ölmək də istəmirdi. Sənətini, mahnılarını çox sevirdi, son ana qədər ölüm üçün çaba göstərdi. Oğlunun ölümündən sonra mən ona təkid etdim ki, sənətə qayıtsın, onsuz da toy mahnıları oxumayacaqdı.

Uzun fasilədən sonra qayıdanda elə "Ata, sənə ehtiyacım var" mahısını oxudu, özü də dedi ki, bu mahnı sanki mənim uşaqlarıma, nəvələrimə yazılıb. Mənim o qədər xəstə vaxtlarım olub, ailəmdə itki olub, Zöhrə xanım həmişə mənim yanımda olub. İndikindən uzaq, mən bir müddət əvvəl xəstələnmişdim. Zöhrə xanım toyda olanda bu xəbəri eşidib, bir də gördüm ki, gecə saat 1-də ağlaya-ağlaya bizə gəldi. Çox mərd qadın idi, istədiyi adama canını verərdi, bəyənmədiyi adamı yalandan tərifləməzdi. Mən özümü gücsüz saymıram, amma Zöhrə xanım hər zaman zəifin, gücsüzün yanında olardı. O sağ olanda elə bilirdim ki, arxamda bir dağ dayanıb. Bir də məni çox yandıran bəstələdiyim "Mən səni göylərdən seyr edəcəyəm" mahnım idi. 5-6 il olardı ki, Qəbələdə yaşayan şairə Nəzakət Neyman mənə bir şeir göndərdi. Bu şeirə mən həmin mahnının musiqisini yazdım. Mahnını oxuması üçün ürəyimdə başqa bir müğənnini tutmuşdum, həmin mahnını ona göndərdim, amma bəyənsə də oxumadı. Dedi ki, yaxşı mahnıdır, amma çox ağırdır, qorxuram. Mahnını Zöhrə xanıma qulaq asdırdım, dedi ki, nə yaxşı mahnıdır, mən bunu oxuyacam. Hətta zarafat da etdi ki, mahnı ilə adam ölər?! Bu mahnının sözləri mənə də xoş gəlmişdi, çünki ağır xəstə idim, fikirləşirdim ki, tez dünyamı dəyişərəm. Bir növ özümə aid edirdim. Zöhrə deyirdi ki, oğlumun ölümündən sonra mən yaşamıram, nəfəs alıram. Deyirdi ki, yaşaya bilmirəm, hər yerdə onu görürəm. Oğlu da çox yaxşı övlad idi, anası ilə nəfəs alırdı. Onu istirahət üçün göndərmədiyi ölkə, səfər qalmamışdı. Oğlunun xəstə olduğunu biləndə mənə zəng etdi, təsəlli verirdim ona, deyirdim ki, fikir etmə, yaxşı olacaq. Oğlu xəstə olanda Zöhrəyə deyib ki, gəl sənin ad gününü keçirim. Zöhrə də etiraz edib ki, sən xəstəsən, bizə ad günü yaraşır?! Oğlu ona deyib ki, bu sənin sonuncu ad günündür, mən olmayandan sonra sən daha çətin ad günü keçirərsən. Bu sözdən sonra Zöhrə həqiqətən də pis olmuşdu. Sən demə ürəyinə danmışdı. Ad günündə oğlu ilə elə oynadı ki.. İndi də yadıma düşür, kövrəlirəm. Elə bil ki, müğənni yox, ailəmin bir üzvünü itirmişəm" deyə bəstəkar bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7045   Tarix: 13 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970