Şou Biznes Xəbərləri

Şou Biznes Xəbərləri

Xatirə İslam: - "Pul verib, əleyhimə yazı yazdıran həmkarım məhv olmuş bədbəxtdir!"

Müğənni haqqında yayılan şayiələrə aydınlıq gətirib.

Müəllimi, xalq artisti İslam Rzayevin şərəfinə müntəzəm olaraq, müxtəlif tədbirlər təşkil edən müğənni Xatirə ötən gün Muğam Teatrında sənətin nəhənglərini bir yerə yığıb, "Yerin yaman görünür" kitabının təqdimatını keçirib. Tədbirdən sonra Xatirə əməkdaşımızla söhbət edərək, son zamanlar aktual olan şayiələrə münasibət bildirib: - "Mən sənətdə mənə atalıq edən bir şəxsiyyətin adının daşımağı şərəf bilirəm. Nədənsə orda-burda müxtəlif dedi-qodular gəzir ki, guya hansısa bir "tanışımın" adını qəbul etmişəm. Sizcə, mən şəxsiyyət İslam Rzayevin adını daşıyaram, yoxsa başqa yoldan keçən bir nəfərin? Bu söz-söhbətin hardan qaynaqlandığını da bilirəm. Həyatda və sənətdə sayılmayan həmkarım mətbuatda bəzi jurnalistlərə pul verib, həmin yazıları yazdırır. Onun kim olduğunu da bilirəm. Sadəcə, deyirəm ki, özünü yığışdırsın! Pul verib, əleyhimə yazı yazdıran həmkarım onsuz da məhv olmuş bədbəxtdir!" Qeyd edək ki, Xatirə İslam həmin həmkarının adını açıqlamaqla, onu gündəmə gətirmək istəməyib

Şou Biznes XəbərləriNoyabrın 9-da meyxanaçı Namiq Qaraçuxurlu 30 illik yubileyini qeyd edib

Noyabrın 8-də dünyaya gələn meyxanaçı Namiq Qaraçuxurlu öz 30 illik yubileyini bir gün sonra, ayın 9-da "Elbara" restoran-klubda ailəsi və dostları ilə birlikdə qeyd edib. Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, əməkdar artist Eyyub Yaqubov, müğənni Elnur və digərləri Namiqi təbrikə gələnlər arasında olub. Show.az xəbər verir ki, bu ad günündə Aygün Kazımova Namiq Qaraçuxurluya Göyçay rayonunda torpaq sahəsi bağışlayıb. Bu isə Namiq üçün gözlənilməz hədiyyə olub. Yubilyarın meyxanaçı dostları Ağamirzə, Xəyyam, Səyyar və digərləri Namiqi bədahətən təbrik ediblər. Səbəbkar üçün ən maraqlı təbriklərdən biri də dostları Xəyyam və Səyyarın ifasında "Onun adı Namiqdi" meyxanası olub. Yubiley məclisində Aygün Kazımovanın Namiqin valideynləri ilə birgə rəqs etməsi qonaqlar üçün gözlənilməz olsa da alqışlarla qarşılanıb.

Şou Biznes XəbərləriManana dünən gecə ana olub!

Müğənninin qızı olmasını prodüseri təsdiqləyib.

Dünən gecə müğənni Manana ana olub. 6 saylı doğum evində saat 22:10 radələrində müğənninin qızı dünyaya gəlib. Uşağın çəkisi 3 kiloqram, boyu 50 sm-di. Müğənninin prodüseri xəbəri təsdiqləyərək,Bildirib ki, hazırda Manana və uşaq özlərini yaxşı hiss edir. Əldə etdiyimiz məlumata görə, uşağa Elizabet adı qoyulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 16453   Tarix: 11 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686