Deputat: "Təlimlər bölgədə yeni təhlükəsizlik sisteminin yaranmasına xidmət edir" - MÜSAHİBƏ

Deputat: "Təlimlər bölgədə yeni təhlükəsizlik sisteminin yaranmasına xidmət edir" - MÜSAHİBƏİyulun 29-dan başlayan Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimləri davam edir.

Plana uyğun olaraq, bu gün genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub. Təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi, həmçinin strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

İki ölkə arasındakı hərbi əməkdaşlıq çərçivəsində keçirilən təlimlər haqqında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "MediaPost"un suallarını cavablandırıb.

- Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin məqsədi nədir?

- Azərbaycan-Türkiyə birgə təlimləri bölgədə sabitlik, sülh və böyük layihələrin təhlükəsizliyini təmin edir. Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində ənənəvi olaraq, Azərbaycan Ordusunun təlimləri keçirilir. Azərbaycan və Türkiyə bu istiqamətdə növbəti təlimlərini davam etdirir. Bu təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə əməkdaşlığını artırmaq, təhlükəsizlik sistemini formalaşdırmaq, bölgədə stabilliyi, sülhü təmin etməkdir. Bundan narahat olan təcavüzkar ermənilər öz müttəfiqlərini də etiraza cəlb etməyə çalışaraq dünyada bu təlimlərlə bağlı ağlasığmaz yalanlar, böhtanlar yayırlar. Azərbaycan və Türkiyə dövlətlərinin "bir millət, iki dövlət" düsturu ilə çoxşaxəli əməkdaşlığı təbii olaraq təhlükəsizlik sistemini də inkişaf etdirməlidir. Çünki bizim həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri təkcə iki ölkəni deyil, Avropa Birliyini, dünyanı bu prosesdə iştirakçı olmağa sövq edir. Yaratdığımız sistem böyük ölkələr üçün əhəmiyyətli olduğuna görə onlar da bu prosesin təhlükəsizliyini təmin etməkdə maraqlıdırlar. NATO-nun cənubda əsas qüvvəsi olan Türkiyə ilə Azərbaycanın əməkdaşlığını təbii hesab edirəm. Bu təlimlər də əməkdaşlığın tərkib hissəsidir. Burada söhbət terrorçuluğun qarşısını almaqdan gedir. Bu proses davam edəcək və daha da güclənəcək. Tovuz hadisələri də göstərdi ki, təxribatın məqsədi yaratdığımız sistemə qarşı hücumdan ibarətdir. Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı. Lakin hər an təxribat təkrarlana bilər. Ona görə də təhlükəsizlik sistemini formalaşdırarkən belə təlimlərə böyük ehtiyac olur.

- Gələcəkdə münaqişənin həlli müharibədən keçərsə, Türkiyə Azərbaycana hərbi dəstək göstərə bilərmi?

- Bəli, əlbəttə. İndi dünyada 1990-cı illərin əvvəllərindəki pərakəndəlik yoxdur. Bu gün artıq dünya silahlı münaqişələrə həssas yanaşır. Mənə elə gəlir ki, Azərbaycan da son vaxtlar öz imkanlarını genişləndirib, həqiqətlərini dünyaya çatdırmaqda böyük uğurlar əldə edib. Bununla yanaşı, Azərbaycanı dəstəkləyən qüvvələrin də sayı artıb.

- Daha dəqiq desək, söhbət hansı qüvvələrdən gedir?

- Böyük Britaniya, İtaliya, İsrail və yaratdığımız sistemdən faydalanan bir sıra dövlətləri deyə bilərik. Bu proses ciddi nəzarətdədir. İsrail enerjisinin böyük bir hissəsini Azərbaycanın yaratdığı sistem təmin edir. Azərbaycan-İsrail əməkdaşlığı da məhz sülhə, təhlükəsizliyə yönəlib. Bu da təbii olaraq təcavüzkar erməni tərəfini qıcıqlandırır.

- Müharibə şəraitində hərbi əməkdaşlıq etdiyimiz hansı dövlətlər bizə hərbi dəstək göstərə bilər?

- Türkiyə ilə əməkdaşlığımız iki amilə əsaslanır. Birinci amil milli mənsubiyyət bağlılığına görədir. İkinci amil isə bizim çox ciddi yeni strateji sistem formalaşdırmağımızla əlaqəlidir. Söhbət nəqliyyat, optik informasiya dəhlizindən gedir. Mən əminəm ki, bu prosesdə maraqlı olan dövlətlər Azərbaycana dəstək olacaq.

- Beynəlxalq qurumlar necə, onlardan hansı mövqeyi gözləyə bilərik?

- Azərbaycan haqlı olaraq ATƏT-dən, BMT-dən və digər beynəlxalq təşkilatlardan hüququn aliliyini istəyir. Axı hüququn aliliyini bərqərar etmək üçün Avropa Parlamentinin, Avropa Şurasının Parlament Assambleyasının sənədləri var. Lakin illərdir BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra olunmur. Düşünürəm ki, təcavüzkarlara qarşı müvafiq sanksiyalar, təzyiq mexanizmləri tətbiq etmək lazımdır. Bu sanksiyalar olmadığı halda, münaqişənin sülh yolu ilə həlli mümkün olmur. Digər ölkələrin nümunələrində belə halları görürük. Bu hal Ermənistan üçün də keçərli olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 625   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 118
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 206
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27.04.2024 503
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 357
.

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə BİG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində hərb

27.04.2024 265
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 36
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 101
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

27.04.2024 386
.

SAXAL-ın hücumu nəticəsində "Hizbullah"ın aparıcı fiqurlarından biri ölüb

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində "Hizbullah"ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və "Sacid" ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb. "Hizbullah" məlumatı təsdiqləyib. Həmçinin məlu

27.04.2024 172