Könül Nurullayeva AŞPA-nın komitə iclasında iştirak edib

Könül Nurullayeva AŞPA-nın komitə iclasında iştirak edibAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iyulun 10-da onlayn formatda növbəti iclası keçirilib.

"Report"xəbər verir ki, toplantıda "Böhran və pandemiya dövründə insan haqlarının qorunması: gender bərabərliyi və ayrıseçkilik", "Süni intellektin istifadəsi ayrıseçkiliyin qarşısının alınması" kimi aktual məsələlərlə bağlı mühazirələr dinlənilib. Onlayn toplantıda ölkəmizi təmsil edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva çıxış edərək, süni intellektlə (Sİ) bağlı fikirlərini bölüşüb. İlkin hesabata istinad edən millət vəkili süni intellektin yaşam tərzimizi dəyişdirməsi fikri ilə razılaşdığını, eyni zamamda Sİ-in bir çox müsbət tərəflərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Sİ irq və ya gender əsasında ədalətsiz ayrıseçkiliyi aşkarlamağa kömək edir, eyni zamanda Sİ xəstələrin ümumi sağlamlıq vəziyyətini yoxlamaq və təhlükəli xəstəlikləri qabaqcadan təyin etmək üçün səhiyyə sektorunda tətbiq edilə bilər. Bununla yanaşı, Sİ təmiz, faktiki olaraq sonsuz bir nüvə istilik enerjisini inkişaf etdirmək səylərini sürətləndirir.

K.Nurullayeva müsbət keyfiyyətlərlə yanaşı, Sİ-nin inkişafı və tətbiqi ilə əlaqədar yaranan risklərə də toxunub. Qeyd edib ki, qərəz və ayrı-seçkilik süni intellekt vasitəsilə yayıla bilər, çünki mövcud ayrı-seçkiliyə qarşı qanunlarla texnologiyanın yeni imkanları arasında boşluqlar var. Bu boşluq mədəni geriləmə adlanır. "Mövcud ayrı-seçkiliyə qarşı qanunlar qərarın nəticələrinin ədalətliliyinin ifrat qiymətləndirilməsinə gətirib çıxara bilər" deyən millət vəkili süni intellektlə bağlı bəzi qabaqlayıcı tədbirlərə də toxunub. K.Nurullayeva qabaqlayıcı tədbirləri belə qruplaşdırıb: "Statistik qərəzləri azaltmağa kömək edən ayrı-seçkilik əleyhinə əlavə tədbirlərin daxil edilməsi,

ayrı-seçkiliyi azaltmaq məqsədilə təşkilat üzvləri üçün davranış qaydalarının təkmilləşdirilməsi,
ayrı-seçkilik etməmə haqqında qanun və məlumatların qorunması haqqında qanunun ayrı-seçkilik etməmək hüququnu qoruya biləcək əsas hüquqi sənədlər kimi qəbul edilməsi".
K.Nurullayeva Azərbaycanın süni intellektə münasibətini və bu sahədə ölkəmizin təcrübəsini də diqqətə çatdırıb: "Azərbaycanın bir çox sahələrdə süni intellekt tətbiq etmək məqsədi var. Süni intellekt yaxın gələcəkdə daha çox enerji sənayesi, təhsil, ədliyyə, nəqliyyat və insan hüquqları sektorunda tətbiq ediləcək" deyən K.Nurullayevanın qənaətincə, alqoritmlər gələcəkdə qərar qəbul edən şəxslərdən daha yaxşı nəticələr verə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 816
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

16:48 99
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 779
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

15:51 109
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88