Özalın ölümündə sirli "Azərbaycanlı izi"

Özalın ölümündə sirli Türkiyə Dövlət Nəzarət Komissiyasının sabiq prezident Turqut Özalın ölümü ilə bağlı keçən həftə təqdim etdiyi hesabat onun ölümü ilə bağlı şübhələri artırıb.

Lent.az-ın malatyaguncel.com saytına istinadən verdiyi məlumata görə, iki il ərzində aparılan araşdırmalar nəticəsində hazırlanan hesabatda Turqut Özalın həşərat dərmanı ilə zəhərlənmiş ola biləcəyi də qeyd edilib.

Dövlət Nəzarət Komissiyası 1998-ci ildə Turqut Özalın həyat yoldaşı Səmra Özalı ziyarət etməyə gələn mübhəm azərbaycanlı ilə bağlı da araşdırma aparıb. Hesabatda qeyd olunub ki, həmin azərbaycanlı Səmra Özalın İstanbulun Sarıyer məhəlləsindəki evinə "34 TC 245" dövlət nömrə nişanlı avtomobillə gəlib. O, özünü mühafizəçilərə Şəhriyar Purnovruz kimi təqdim edib və Səmra Özalla görüşmək istədiyini bildirib. Lakin həmin vaxt Səmra Özal evdə olmayıb. Şəhriyar Purnovruz mühafizəçilərə bir məktub verib və Səmra Özala çatdırılmasını istəyib.

Həmin məktubda yazılıb ki, Turqut Özal "Glikonorinaid" adlı dərmanla öldürülüb, qatili də Azərbaycanda, Həsən Əlioğlu adlı şəxsdir. Şəhriyar Purnovruz məktubunda adını və İstanbulda qaldığın otelin adını da yazıb. Səmra Özal evə gəlib məktubu oxuduqdan sonra mühafizəçisi onun məktubda yazdığı "Erciyes Otel"-ə göndərib. Ancaq oteldə heç kim olmayıb. Araşdırma zamanı Şəhriyar Purnovruzun Türkiyəyə rəsmi yolla gəlmədiyi üzə çıxıb. 34 TC 245 dövlət nömrə nişanlı avtomobili və sürücünü də tapmaq mümkün olmayıb. Bu məktub Turqut Özalın ölümü ilə bağlı şübhələri daha da artırıb. Türkiyə Dövlət Nəzarət Komissiyası məsələni araşdırarkən diqqət çəkən faktlar üzə çıxarıb. Məsələn, Səmra Özalın mühafizəçisi Asım Enşenolda Şəhriyar Purnovruzun pasportunun fotosurəti olub və o, həmin fotosurəti İstanbul Polis İdarəsinin Kəşfiyyat şöbəsinə təqdim edib. Ancaq Asım Enşenol sənədi İstanbul Polis İdarəsində kimə verdiyini xatırlaya bilməyib...

Qeyd edək ki, bu günlərdə Turqut Özalın həyat yoldaşı və oğlu Əhməd Özal sabiq prezidentin ölümünün araşdırılması ilə bağlı prezident Abdulla Güllə bir araya gələcəklər.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3629   Tarix: 24 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 530
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 551
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 416
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 0
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 579
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 472
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 236
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 200
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 230