Ayan Babakişiyevanın səsi batıb

Ayan Babakişiyevanın səsi batıbÜç il bundan əvvəlki problem Ayan Babakişiyevanın səhhətində yenidən özünü göstərib.
Son aylar yaradıcılığında durmadan yeniliklər edən tanınmış estrada müğənnisi Ayan Babakişiyevanın səsi əməllicə batıb. Müğənninin yaxın dostlarından birinin dediyinə görə, yaşadığı arzuolunmaz situasiya Ayanı həkimə müraciət etməyə vadar edib.

Yerli telekanallardan birinə açıqlamasında müğənni eşitdiyimiz bütün məlumatları təsdiqlədi: "Düz üç il bundan əvvəl səs tellərimdə ciddi problemlər özünü göstərmişdi. Və 6 ay səsim tamamilə batmışdı. Həmin vaxt həkimlər təcili cərrahiyə əməliyyatı keçirməyimi məsləhət görmüşdülər. Möcüzə baş verdiyini deyə bilərəm. Çünki müalicə kursu müsbət effekt verdi və səsimdəki problemlər aradan qalxdı.

Bu həftənin əvvəlindən başlayaraq yenidən boğazımda ağrılar özünü göstədi. Səsim batmağa doğru gedir. Həkimim səs tellərimi gücə saldığımı söylədi. Son bir neçə ayda bir-birinin ardınca yeni Mahnılar yazdırdım, günümün çox hissəsini səsyazma studiyalarında keçirdim. Sonda gərgin iş rejimindən mənə qalan "hədiyyə" səsimin batması oldu. Amma ruhdan düşmürəm, inşallah, peşəkar həkimlərimizin köməkliyi ilə sağlamlığımı bərpa edəcəyimə əminəm".

Yeni mahnılardan söz düşmüşkən, söhbətimiz zamanı onu da dəqiqləşdirdik ki, Ayan söz və musiqisi Xanım İsmayılqızına məxsus olan "Ya ona dön" hitinin davamı olan "Məni anla" adlı mahnısını pərəstişkarlarına təqdim edib. Real hitə namizəd olan mahnının bəstəkarı Xanım İsmayılqızı olsa da, sözlərini yazıçı-jurnalist Rəşad Məcid qələmə alıb. Mahnı üç gündür ki, radio dalğalarında səslənir.

Ayandan olan başqa xəbərimiz isə sözləri Baba Vəziroğluya, musiqisi Kamala məxsus olan "Nədən oldu" mahnısına çəkilmiş klipi ilə bağlıdır. Bir neçə gün bundan əvvəl oxucularımıza rejissor Anar Hüseynovun ekranlaşdırdığı klipin çəkilişlərindən bəhs edən fotosessiyanı təqdim etmişdik. Ümimilikdə 7 millətin - çinli, yunan, misirli, afrikalı, hindistanlı, qədim avropalı və doğma vətənimizin qadın obrazlarını yaratmış Ayan Babakişiyevanın maraqlı fotolayihəsi artıq tam hazırdır. Siz də baxıb, sənətçinin dəyişkən obrazlarının şahidi olun.

mənbə: xeber.azeri.net


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 4869   Tarix: 17 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler