Dünyanı neftlə təmin edən əsas ölkələr hansılardır

Dünyanı neftlə təmin edən əsas ölkələr hansılardırBu dövlətlər dünya iqtisadiyyatının əsas enerji donorlarıdırlar

"BP Statistical review of world energy" adlı çox nüfuzlu və məşhur mənbəyə əsasən 2012-ci ildə dünya üzrə ən çox neft hasil edən ölkələrin siyahısı məhz aşağıdakı şəkildə görünür.

Beşinci yer – İraq: ildə 885600 barel

Bu gün İraq dünyada qara qızıl ehtiyatının miqdarına görə ikinci ən böyük ölkə (112 milyard barel) olduğuna görə tam fəxr edə bilər. İraqın iki dövlət neft kompaniyasına North Oil Company (NOC) və South Oil Company (SOC) neft yataqlarında iş aparılması baxımından tam monopoliya məxsusdur.
2009-cu ilin avqustun 1-nə olan məlumata əsasən ölkənin qara qızıldan olan gəlirləri 20 milyard dollar təşkil etmişdi. Neft ixracından gələn gəlirlər təqribən dövlət büdcəsinin 98%-ni təşkil edir. Iraqın ÜDM-i təqribən 82,150 milyard ABŞ dollarına çatır. İraqın əhalisinin adam başına düşən ÜDM miqdarı isə $3600 dollar təşkil edir.

İraq neftinin bu gün əsas alıcıları bunlardır:
ABŞ, Hindistan, İtaliya, Cənubi Koreya, Tayvan, ÇXR, Niderland və Yaponiya

Dördüncü yer – Venesuela Respublikası: ildə 889560 barel

Venesuelanın bütün iqtisadiyyatı bir qayda olaraq neft çıxarma üzərində qurulub. Ölkədən ixrac olunan məhsulların 80%-i məhz neftdən hazırlanır. Dövlət büdcəsinin gəlirlərinin 50%-ni və ÜDM-in 30%-ni də məhz neft gəlirləri təşkil edir.

Venesuelanın ÜDM-i 2008-ci ildə $334,726 milyard dollar həddinə yüksəlmiş, 2012-ci ildə isə bir qədər də yüksələrək 344 milyard dollar təşkil etmişdir. Adam başına düşən ÜDM isə 12, 8 min dollar edir. Daha çox populyarlığa malik kompaniyalar isə - Petróleos de Venezuela, Sociedad Anonima (PDVSA) kimi dövlət şirkətləridir, həmçinin «San Roque», «Puerto Cabelo», «Puerto de la Cruz»,»El Palito» və «Anzoatequi» şirkətləri də məşhurdurlar.

Üçüncü yer – Küveyt: ildə 902880 barel

Küveytin tarixinin kökləri hələ 17-ci əsrə gedib çıxır. Amma ölkə Britaniya təsiri altından 1961-ci ildə çıxdı, müstəqil dövlət oldu. Ölkə müstəqillik ilə birlikdə həm də külli miqdarda problem əldə etdi.

Bunun səbəbi onunla bağlıdır ki, ölkə birdən-birə həddindən artıq varlandı. 70-80-ci illərdə neft ixracı ölkəni dünyanın ən varlı məkanlarından birinə çevirdi, insanların həyat səviyyəsi yüksəldi. 90-cı illərdə Səddam Hüseyn əmirliyi mühasirəyə aldı, daha sonra Küveytin İraqın tərkib hissəsinə birləşdirildiyi elan edildi. Olduqca mürəkkəb siyasi vəziyyət neftin idxalatçılara çatdırılmasında fasilələr yaranması ilə nəticələndi.

İraq tərəfindən işğal zaman keçdikcə ölkəni demək olar ki, tamamı ilə müflis etdi, ölkənin mövcud inkişafının üstündən xətt çəkdi, çiçəklənməsini dayandırdı. Amma ölkə bir neçə ildən sonra öz əvvəlki vəziyyətini bərpa etməyə müyəssər oldu. Bu gün Küveytin böyük miqdarda neft ehtiyatı vardır (təxminən 102 milyard barel, bu isə bütün dünya üzrə ehtiyatların 9%-ni təşkil edir).

Neft bu ölkəyə onun ÜDM-in 50%-i qazandırır, eyni zamanda bu ixracdan olan gəlirlərin 95%-ni təşkil edir. Bundan əlavə dövlət büdcəsinin gəlirlərinin 95%-ni neft çatdırmalarından gəlir. Küveytin ÜDM-inə gəldikdə isə, 2009-cu ildə o, təxmindən 146 milyard dollar olmuş, adam başında düşən ÜDM isə 54,1 min dollar (yeri gəlmişkən bütün dünya üzrə yeddinci yeri tutur) təşkil etmişdir. 2008-ci ilin məlumatlarına əsasən ixracın həcmi 86,9 milyard dollar həddinə çatmışdır. İxracda əsas üstünlük təşkil edən mallar neft, neft məhsulları və gübrələrdir.

Ölkənin əsas alıcıları bunlardırYaponiya, Cənubi Koreya, Hindistan, Tayvan, ABŞ, Sinqapur.
Neft hasilatı ilə məşğul olan kompaniyalar sırasında — Kuwait National Petroleum Co., Kuwait Petroleum Corporation (KPC) şirkətlərinin adını qeyd etmək olar.

İkinci yer - İran İslam Respublikası : ildə 1528200 barel

İran bu siyahıdakı digər varlı ölkələrdən biraz fərqlənir. Belə ki, əsasən neft ixracının hesabına yaşamağa üstünük verən bir dövlət deyil. İran neft çatdırılmasından xeyli dərəcədə daha az asılıdır, nəinki digər əsas neft hasilatçıları. Bu müstəqilliyin əsas səbəbi 30 ildən artıq bir müddətdə ölkədə tətbiq edilən sanksiyalar olmuşdur.

Amma yenə də buna rəğmən ölkənin dövlət büdcəsinin gəlirlərinin 45%-ni məhz neft və qaz ixracından gələn gəlirlər təşkil edir. Həmçinin gəlirlərin 31%-i vergi və rüsumlardan əldə edilir. 2011-ci ilin məlumatlarına əsasən, ölkənin ÜDM-i nəzərə çarpacaq qədər yüksəlmişdir (2008 və 2009-cu il ilə müqayisədə) və 930,2 milyard ABŞ dollarına çatmışdır. Əhalinin adambaşına düşən ÜDM miqdarı isə kifayət qədər yüksək göstəriciyə malikdir - 12570 $ ABŞ dolları.

İran İslam Respublikasının əsas alıcıları aşağıdakı ölkələrdir:
Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Türkiyə və İtaliya.

Neft çıxarılması və emalı ilə məşğul olan kompaniyalar bunlardır :
– İran Milli Neft Kompaniyası (İMNK), Britaniya-Hollandiya Kompaniyası «Royal Datç Şell», Milli İran tanker kompaniyası (NITC), Energy Information Administration, Milli İran Qazma Kompaniyası (NIDC).

Birinci yer – Səudiyyə Ərəbistanı Krallığı: 3602520 barel

Neft və Neft məhsullarının ixracı ölkəyə 2008-ci ildə 310 milyard dollar gətirmişdir. Səudiyyə Ərəbistanın əsas «müştəriləri» ABŞ, Yaponiya, Çin və Cənubi Koreyadır. Səudiyyə Ərəbistanın ÜDM-i 622 milyard dollara çatır. Əhalinin adam başında düşən miqdarına görə isə ÜDM 24 200 $ dollar təşkil edir. O, neftin dünya üzrə qiymətini tənzimləmək imkanlarına malikdir.

Səudiyyə Ərəbistanı adı altında bu nəhəng ölkənin bütün iqtisadiyyatı neft sənayesinə əsaslanır, qeyd etmək lazımdır ki məhz neft sənayesi ölkənin ümum daxili məhsulunun 45%-ni təşkil edir. Bundan əlavə mütəxəssislər hesablayıb ki, dövlət büdcəsinin gəlirlərinin 75%-ni məhz neft gəlirləri təşkil edir, ölkəni ixracatında da neft məhsulları dominantlıq edir, belə ki ixracın 90%- məhz neft məhsullarının payına düşür.

Bu gün ölkədə kəşf olunmuş neft ehtiyatlarının miqdarı 260 milyard barel həcmində qiymətləndirilir. (bu rəqəm Yer Kürəsi üzrə kəşf olunmuş bütün neft ehtiyatlarının 24%-ni təşkil edir). Amma neft hasil edən digər ölkələrdən fərli olaraq, Səudiyyə Ərəbistanında bu rəqəm daima artmağa doğru gedir, çünki burada hər zaman yeni-yeni neft yataqları kəşf olunur.

Nəhəng Kompaniyalar — Saudi Aramco, Sumitomo, Exxon Mobil və b.
Göründüyü kimi ölkənin zənginliyi neft çıxarmaya, onun sonrakı emalı ilə bağlı proseduralara və satışa əsaslanır. Əlbəttə ki, bu ölkəni lazımı vəsaitlər ilə təmin edir və ÜDM-i artırır. Amma, adi bir iqtisadi sanksiyanın tətbiqi ölkəni bütünlüklə müflis etməyə qadirdir, çünki onun neftdən başqa satacaq heç nəyi yoxdur. Buna görə də Səudiyyə kralları hər zaman xarici qüvvələrdən asılı vəziyyətdə olurlar.

mənbə: islamazeri.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6333   Tarix: 18 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068