Türk rejissorun Qarabağ haqqında filmi (İzlə)

Türk rejissorun Qarabağ haqqında filmi (İzlə)Şimali Kiprin Yaxın Doğu Universitetində "Qarabağ" adlı filmin təqdimat mərasimi keçirilib.
Film adı çəkilən universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib. Universitetin tələbəsi, filmin logistik dəstəkçisi Maral Hüseynli bildirib ki, "Qarabağ" filminin rejissoru türkiyəli tələbə Gökalp Yamendir.
Maral Hüseynlinin sözlərinə görə, ssenarini G.Yamen, azərbaycanlı tələbələr Günel Babayeva, Niyazi Səlimbəyli və onun özü ilə birgə yazıb.
"Qarabağ müharibəsindən bəhs edən filmin müddəti 18 dəqiqədir. Filmin çəkilməsində məqsəd gənclərin gözü ilə Qarabağ həqiqətlərini izləyicilərə çatdırmaq olub" - deyə Maral Hüseynli əlavə edib.
Filmdə baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar iştirak ediblər.

Filmin prodüseri Günel Babayevadır.

mənbə: movqe.az

İzləmək üçün, Kino.BiG.Az-a daxil olun...

BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 8682   Tarix: 09 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740