"Yanardağ" Qoruğunda qiymət dəyişikliyi - YENİ QİYMƏTLƏR

"Yanardağ" Qoruğunda qiymət dəyişikliyi - YENİ QİYMƏTLƏRAzərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqust ayının 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq. Qiymət artımı yerli turistlərə şamil olunmur. Yerli ziyarətçilər üçün bu qiymət 2 AZN, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 AZN təşkil edir. 18 yaşınadək uşaqlar, milli qəhrəmanlar, müharibə veteranları, I və II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir.

Bundan əlavə, "Yanardağ" və "Atəşgah məbədi" qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 AZN-lik biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur. Xarici turistlər üçün paket olaraq turlar təşkil edən turizm agentlikləri özləri haqqında məlumatı (ad, soyad, VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) və 1 iyul tarixinə kimi turizm xidmətlərinin göstərilməsinə dair rəsmi olaraq bağlanılmış qüvvədə olan müqavilələrini 20 iyul 2019-cu il tarixinədək [email protected] email ünvanına göndərməklə qeydiyyatdan keçə və bununla da cari ilin sonunadək əvvəlki qiymətlərlə bilet əldə edə bilərlər. Qeyd olunan şərtlər yalnız göstərilən tarixə qədər (20 iyul 2019-cu il) qeydiyyatdan keçən şirkətlərə şamil olunacaq. Turistlərin rahatlığı üçün qoruğa giriş biletləri bilet satışı ofisi ilə yanaşı, www.iticket.az və qoruğun rəsmi veb saytından onlayn əldə edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci tarixli Sərəncamına əsasən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə genişmiqyaslı bərpa-yenidənqurma işlərinin başa çatdırılması ilə əlaqədar iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoruğun açılış mərasimi baş tutub.

/turizmplus.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 2977   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

"Arzum dünya və Avropa çempionatlarının final mərhələsinə təyinat almaqdır". Bunu "Report"a müsahibəsində Azərbaycanın FIFA referisi Əliyar Ağayev deyib. 35 yaşlı ədalət təmsilçisi bunu futbolçularla birlikdə hakimlərin də istədiyini bildirib: "Amma çalışmaq lazımdır. Çalışmada

06.11.2022 5265
.

Messinin komandasının oyununun biletləri 6 dəqiqəyə satılıb

Lionel Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunun səfərdə "Los-Anceles Qalaksi" ilə oyununa böyük maraq olub. "Report" AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri 6 dəqiqəyə alınıb. Satışlar yanvarın 11-də başlayıb və 360 saniyə davam edib. Yalnı

13.01.2024 1355
.

Türk əsilli boksçunun ürəyi rinqdə dayandı

Almaniyada yaşayan türk əsilli boksçu Musa Aksan həyatını itirib. xəbər verir ki, onun ürəyi elə rinqdəcə dayanıb. Döyüşün üçüncü raundunda qəflətən halı pisləşən idmançı xəstəxanaya çatdırılsa o vəfat edib. Həkimlər ürəyin qəfil dayanmasını qeyd ediblər

16.05.2022 6652
.

Türkiyə millisinin üzvü İtaliya nəhəngi ilə razılığa gəldi

Hakan Çalhanoğlu "İnter"də qalacaq. İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər yeni müqaviləni razılaşdırıblar. Sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Rəsmiləşmə prosesi qarşıdakı həftələrdə olacaq. Türkiyə millisinin üzvü 2021-ci ilin yayınd

04.03.2023 4081
.

"Atletiko" Oblakı De Xea ilə əvəzləmək istəyir

İspaniyanın "Atletiko" klubu yayda komandadan gedəcək qolkiper Yan Oblakı David De Xea ilə əvəzləmək istəyir. "Report"un "Todofichajes"ə istinadən məlumatına görə, Madrid təmsilçisi "Mançester Yunayted" klubundan ayrılan De Xea ilə danışıqları davam etdirir. İspaniyal

04.05.2024 300
.

FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"

"İnanıram ki, üç saat ərzində pivə içməsən, o zaman sənə heç nə olmayacaq". "Report"un məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda pivə satışının qadağan olunması ilə bağlı mətbuat konfransında deyib. 52 yaşlı funksione

19.11.2022 4506
.

İtaliyalı baş məşqçi: "UEFA futbolçulara hörmət etmir"

"UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir". "Report" xəbər verir ki, bunu İtaliyanın "Latsio" klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkə

25.02.2023 3982
.

De Yonq: "Messi hər zaman ən yaxşıdır"

"Barselona"nın hücumçusu Frenk de Yonq Lionel Messini dünyanın ən yaxşı futbolçusu adlandırıb. "Mən onu demək olar ki, futbolun bütün aspektləri üzrə dünyanın ən yaxşı futbolçusu hesab edirəm. Məşq etdiyimiz hər şeydə - sonlandırma, mövqe oyunu, nə olur olsun hər şeydə ən yaxşı idi. Onunl

20.02.2022 5609
.

Qədimi Şəki şəhərimiz bayram günlərində - ÖZƏL GÖRÜNTÜLƏR

Bir çox şəhərlərimiz kimi, Şəki də bayram günlərində qara büründü. BİG.AZ şəhərdəki gözəl mənzərələrin görüntülərini təqdim edir:. Fotoqraf: De.Castro

29.03.2022 5339