Biri qarson olub, o biri musiqiçi, digəri cangüdən - sonda hamısı prezident - SİYAHI

Biri qarson olub, o biri musiqiçi, digəri cangüdən - sonda hamısı prezident - SİYAHIDünyanı idarə edən liderlərin ilk peşəsi nədir; ilginc dosye - Zelenski bu siyahıda tək deyil
Ukraynada şoumen-parodiyaçı Vladimir Zelenskinin hakimiyyətə gəlişi ilə yeni bir müzakirə obyekti yarandı. Daha doğrusu, bu ənənənin fərqli bir başlanğıca səbəb olacağı ilə bağlı müzakirələr başlandı. Əslində isə araşdırmalar göstərir ki, dünyada bir-birindən fərqli peşələri olan şəxslər sonradan prezident seçiliblər. Yəni siyasətlə yaxından-uzaqdan əlaqəsi olmayanlar illər sonra böyük dövlətlərin idarəçiliyində təmsil olunublar.

Fransanın eks-prezidenti Nikola Sarkozi qaçqın bir ailənin uşağı olub. Atası Macarıstandan, anası isə Selanikdən gələrək Fransaya yerləşib. Kiçik yaşlarında anasını tərk edən atası ucbatından uşaqlığını rahat bir şəkildə keçirə bilməyib, yoxsulluq çəkib. Təhsili üçün atasından pul istədiyi zaman "mənim sizə bir borcum yoxdur" cavabını almaq onun üçün bir dönüş nöqtəsi olub. Bundan sonra dondurma və çiyələk sataraq cibxərcliyini çıxarmağa çalışıb. Daha sonra hüquq diplomu alan Sarkozi 1977-ci ildə siyasətə atılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizedən köç edən bir ailənin uşağı olaraq dünyaya gəlib. Atası Əhməd bəy Şirketi Hayriyədə liman kapitanı olaraq çalışıb. O da iş həyatına ibtidai sinif dövrlərində atılıb, su, simit satıb. Yenə eyni dönəmdə futbol sahələrində su satması onu futbolla tanışlığa gətirib. Uzun bir dönəm futbol oynayıb. 1978-ci ildə Bəyoğlu Gənclik Şöbələri başqanlığı ilə siyasətə gəlib.

Leninqradda fabrik işçisi olan bir ana və donanmada işçi bir atanın uşağı olaraq dünyaya gəldi. Hüquq fakültəsini bitirib, KQB-yə girməsindən öncə rəsmi sənədlərdə heç bir məlumata rast gəlinməyən Putinin anasının həyatda olduğu anlaşıldı. KQB agentlərinin danışma yasağına baxmayaraq, məlumat verən anası Vera Putina kiçik yaşlarda uşağından ayrı qaldığını dedi. Oğlunun nənə və babasının xəstəliyinə görə kimsəsizlər evinə verildiyini bildirdi.

İspaniya qaçqını olan Angel Kastro Argizin aşbazı Ruzdan olan beş uşağından ikincisi olan Fidel Kastronun uşaqlığı yoxsul bir bölgə olan Mayaridə keçib. Oriente bölgəsinin mərkəzi San Dieqodakı katolik məktəblərində və Havanadakı Cizvit Liseyi İlahiyyat Məktəbində təhsil alan Kastro hüquq təhsilindən sonra siyasi karyerasına ilk addımını atdı. Yoxsul bir uşaqlıq keçirməsi onu ölkəsində sosial bir düzən qurmağa məcbur etdi.

28 iyul 1954-cü ildə ailənin altı oğlan uşağından biri olaraq dünyaya gəldi. Yerli irqlə qara irqin qarışığı olan, "zambo" deyə adlandırılan bir irqə mənsub olan Uqo Çavesin ana və atası müəllim idi. Orta təbəqəli bir ailənin uşağı olaraq oxumaq xaricində bir seçimi olmadığı üçün hərbi məktəbə yazıldı. Hərbi şagird olaraq getdiyi Peruda isə siyasətlə tanış oldu. Siyasətdə sol blokda yer alan Çaves dövlət rəhbərliyi vəzifəsində dünya solunun ümidi halına gəldi.

19 avqust 1946-cı ildə Arkanzasın Hope şəhərində dünyaya gələn Bill Klinton 3 ay sonra atasını itirib. 4 yaşında ikən anası ögey atası Roger Klintonla evləndi. Lisey dönəmində ögey atasının soyadını alan eks-Amerika prezidenti bir neçə dəfə məktəbini professional bir musiqiçi olmaq üçün atmağı düşünürdü. Amma "Boys Nation" adlı qrupu qurmuşkən, Ağ Evdə Con F.Kennedi ilə tanış oldu. Bu tanışlıq siyasətə ilk addımını da özü ilə paralel gətirdi.

Bank məmuru olan bir ata və ibtidai sinif müəlliməsi olan bir ananın uşağı olaraq dünyaya gələn Turqut Özal İstanbul Texniki Universitetində elektrik mühəndisliyi təhsili alıb. Dövlət Planlaşdırma Təşkilatındakı görəvi ilə bürokratiyaya, Ədalət Partiyası ilə də siyasətə qoşulan Özal siyasi karyerasını prezident vəzifəsi ilə nöqtələyib. Uşaqlığında bir dönəmdə isə pilot olmaq xəyalı qurub. Eşşəkdən düşərək qolunu qırınca isə bir qolu daha qısa qalan Özalın pilotluq həvəsi qısa müddətdə sona çatıb.

1950-ci ildə Kayseridə dünyaya gələn Abdulla Gük İstanbul Uniersitetində iqtisadiyyat üzrə təhsil alıb. O, 1991-ci ildə Kayseridən millət vəkili seçildi. Gəncliyində babasının limonat satdırmaq istədiyi Gül yüksək səslə qışqırıb müştəri toplaya bilmədiyi üçün limonatları sata bilməyib. Beləcə, ticarəti, yoxsa təhsil həyatını seçəcəyi bəlli olub. Gənclik illərində başlayan siyasi həyatı onu prezident postuna qədər gətirib.

Siyahıda daha ilginc namizədlər də var:

Adam Barrou: Qambiya prezidenti: təhlükəsizlik xidməti əməkdaşı: siyasətə atılmadan öncə İngiltərədə bir marketdə təhlükəsizlik xidməti əməkdaşı olaraq çalışıb.

Johanna Sigurdardottir, eks İslandiya baş naziri - kabin xidmətçisi: bir hava yolu şirkətində kabin xidmətçisi olaraq işləyib.

Maykl Higgins, İrlandiya prezidenti, qarson: şair kimliyi ilə də tanınan Higgins kasıb bir ailədə doğulub. Həyatını təmin etmək üçün qarsonluq edən lider indiyə qədər yazarlığa da davam edir.

Dmitri Medvedyev: Rusiyanın eks prezidenti, təmizlikçi: Medvedyev heç bir zaman böyük işlərin insanı olmayıb. O, keçmişdə küçələri təmizləyirdi. Həm də gündəlik 120 rubla (1,5 dollar).

Papa Francis, katolik kilsəsinin lideri, Roma papası, gecə klubu işçisi: yanlış oxumursuz. Katoliklərin hazırkı ruhani lideri bir zamanlar məmləkəti Argentinada gecə klublarında təhlükəsizlik işçisi olaraq çalışıb. Rəqs etməyi çox sevdiyi də bilinən dini lider verdiyi bəzi açıqlamalarla bəzi xristianlar tərəfindən də tənqid edilir.

Edi Rama, Albaniya lideri, rəssam: bir zamanlar gözəl tablolar, rəsm əsərləri yaradan Rama Albaniyaya rəhbərlik edib.

Borut Pahor, Sloveniya prezidenti, model: tələbəlik illərində yaşamını təmin etmək üçün modellik eləmiş sloveniyalı lider keçmiş peşəsinə görə hər zaman gülüş hədəfinə tuş gəlib. Sloveniya müxalifəti onu Barbie Doll (Barbi oyuncaq) deyərək, aşağılayıb.

Andri Rajoelina, Eks Madaqaskar prezidenti, DJ: siyasətə girməzdən öncə olduqca rəngli bir həyata sahib olan madaqaskarlı lider bir radio kanalında DJ idi.

Corc Veah, Liberiya prezidenti, futbolçu: özü də elə-belə futbolçu deyil. Karyerasında "Paris Saint-Germain", AC Milan və "Manchester City" kimi böyük futbol komandaları olub.

Yunanistanın baş naziri olan Çipras, Atina Beynəlxalq Texniki Universitetin inşaat mühəndisliyi fakültəsində oxuyub.

Almanyanın kansleri Angela Merkel Leipzing Universitetində fizika üzrə təhsil alıb.

Donald Tramp "Forbes"in 2016-cı ildə dünyanın ən varlı 400 nəfəri siyahısında yer alan dünya miqyaslı bir iş adamıdır. 1968-ci ildə Pensilvanya Universiteti Vharton Məktəbi iqtisadiyyat fakültəsindən məzun olub.

Emmanuel Makron: Fransa prezidenti Paris Ouest Nanterre La Defense Universitetində fəlsəfə fakültəsini bitirib.

Paolo Gentiloni: İtalya baş naziri Roma La Sapienza Universitetində Siyasət Elmi məzunudur.

mənbə: Yeni Müsavat


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1639   Tarix: 26 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 42
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 289
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 270
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 570
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 525
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 399
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 230
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 459
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 845