"Eurovision 2012″nin xərcləri açıqlandı

Bu gün maliyyə naziri Samir Şərifov Azad Azərbaycan telekanalında efirə gedən "Telemarafon" verilişinin qonağı olub. Samir Şərifov "Eurovision-2012" Mahnı Müsabiqəsinin maliyyə xərcləri barədə məlumat verib.

Nazir bildirib ki, Dövlət büdcəsindən "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün 2012-ci ilin fevralında 50 milyon manat məbləğində vəsait ayrılıb və bu vəsaitin hamısı "Eurovision" Mahnı Müsabiqəsinin İşçi Qrupuna çatdırılıb: "2012-ci ilin fevralında xüsusi büdcə təşkil olunub. O cümlədən, bundan əvvəl Avropa Yayımlar Birliyinə 8 milyon İsveçrə frankı ayırmışıq. Həmin 8 milyon İsveçrə frankı depozit puludur və həmin pulun geri qayıdacağını gözləyirik".
Samir Şərifov qeyd edib ki, "Eurovision" Mahnı Müsabiqəsinin İşçi Qrupuna sponsorlardan da daxilolmalar var və bütün bunlar ümumilikdə müsabiqənin büdcəsini təşkil edir: "İşçi Qrupu tərəfindən bizə hesabatlar təqdim olunub. Ən çox vəsait televiziya şousunun hazırlanmasına sərf olunur. Həm şounun hazırlanması, həm də şounun hazırlanması üçün müvafiq avadanlıqların gətirilməsinə, nəqliyyat xərclərinə ümumilikdə 40 milyon manat vəsait sərf olunub. İnanırıq ki, ayın 26-da o vəsait özünü doğruldacaq. İşçi Qrupu dəniz kənarında bir bina da kirayələyib, o da büdcədən gedir. İşçi Qrupu işçilər də götürür. Digər tərəfdən, nümayəndə heyətləri üçün avtobuslar ayrılıb. Deməzdim ki, İşçi Qrupu bizdən əlavə pul istəməyib. Ancaq demişik ki, ayırdığımız pul budur, istəyirsinizsə, sponsorlardan vəsait alın, reklamlar yerləşdirin".
Maliyyə naziri "Bakı Kristal Zalı"nın tikintisindən də danışıb: "Dövlət Bayrağı meydanı ətrafında böyük tədbirlərin keçirilməsi üçün bir obyektin tikilməsi "Eurovision-2012" Mahnı Müsabiqəsindən əvvəl nəzərdə tutulmuşdu. O cümlədən, Tofiq Bəhramov stadionunda yenidənqurma işləri aparılması planlaşdırılmışdı. İndi 2017-ci ildə bu stadionda qadınlar arasında futbol üzrə Avropa çempionatının keçirilməsi gündəmə gəlib. Digər tərəfdən, Dənizkənarı bulvarın uzadılması, Bakının çıxışında yeni yolun tikilməsi planlaşdırılmışdı, layihəsi vardı. Çünki bu yol çox dar idi. Çox gözəl yol tikilib. Mahnı müsabiqəsi olmasaydı da, o yol tikiləcəkdi. Yəni bunlar əvvəldən planlaşdırılan işlər idi və "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı nəzərdə tutulmamışdı".
Samir Şərifov onu da qeyd edib ki, Avropanın mərkəzindəki ölkələrlə müqayisədə Azərbaycanda belə tədbirin keçirilməsi daha böyük vəsait tələb edir. O, bunu lazımi avadanlıqların Avropadan Azərbaycana gətirilməsi daha böyük nəqliyyat xərcləri tələb etməsi ilə əsaslandırıb. Maliyyə naziri "Eurovision-2012" Mahnı Müsabiqəsindən gözlənilən qazancdan da söz açıb: "Qazanc gəlsə, etiraz etməyəcəyik. İctimai Televiziya bununla bağlı daxilolmaları bizə göstərəcək. Ancaq bir məsələ də var. İctimai Televiziya bu vəsait hesabına öz maddi-texniki bazasını möhkəmləndirmək niyyətində olduğunu da bildirib. Baxacağıq".
Maliyyə naziri müxtəlif nazirliklərin "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı tədbirlər keçirməsinin müsabiqə ilə bağlı xərclər sırasına daxil edilməsini də düzgün saymayıb: "Tutaq ki, Azərbaycanda keçiriləcək belə möhtəşəm tədbirlə bağlı Mədəniyyət və Turizm Nazirliyi bir tədbir təşkil edirsə, biz bu vəsaiti "Eurovision-2012" Mahnı Müsabiqəsinə çəkilən xərcə daxil etməməliyik".

mənbə: merkez.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3481   Tarix: 21 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 606
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 32
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 252
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 193
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 342
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 507
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 348
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 299
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796