Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLAR

Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARBu gün ölkəmizin ilk uşaq televiziyası "ARB Günəş"in 4 yaşı tamam olur.

BiG.AZ xəbər verir ki, azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb.

Televiziya 10 aprel 2015-ci il tarixindən etibarən yayımını "Azerspace 1" peyki vasitəsilə həyata keçirir. "ARB Günəş"i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.

"ARB Günəş" efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziya azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. "Biz gələcəyik", "Yuxunuz şirin olsun", "Gəlin oynayaq", "Xəbərdar ol", "Mən məktəbli ikən", "Kiçikdən - böyüyə" və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirirlər.

Ölkənin ilk uşaq kanalında dublyaj studiyası fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim olunur.

"ARB Günəş" "ARB Media Qrup"a daxil olan digər telekanallarla, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Təhsil TV" ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin televiziyaların istehsalı olan, tamaşaçı rəğbəti qazanan verilişlər "ARB Günəş"in efirində yayımlanır.

Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli layihələrə imza atıb.

Belə ki, televiziya hər il ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" adlı aksiya təşkil edir.

Qarabağ mövzusu, cəbhə bölgəsində yaşayan uşaqlar da həmişə diqqət mərkəzindədir. "ARB Günəş" 2016-cı ildə Tərtər, Ağdam və digər cəbhəboyu ərazilərdə müharibə şəraitində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb. "Onlar uşaqlığını yaşaya bilmir" devizi ilə lentə alınan videoçarxlarda ermənilərin balacaların "əlindən aldıqları", mərmi, silah səsləri ilə müşayiət olunan uşaqlıq ictimaiyyətə göstərilib. Televiziya tərəfindən 2019-cu ildə çəkilən "Xocalı" klipində Xocalı soyqırımının qurbanı olan, həyatını, ailəsini itirən uşaqların faciəsi əks olunub.

Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi hər il "ARB Günəş"in nümayəndə heyəti təmsil edir.

Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir.

"ARB Günəş" gələcəkdə milli-mənəvi dəyərlərə söykənən, maarifləndirici, uşaq psixologiyasına müsbət təsir edən verilişlərin sayını artırmağı qarşıya məqsəd qoyub.
Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARAzərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARAzərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARAzərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 352   Tarix: 01 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

"Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını

18.12.2025 199
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

18.12.2025 263
.

Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB

Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind

18.12.2025 221
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

18.12.2025 194
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

18.12.2025 355
.

Özünə Londonda 8 milyon manatlıq villa ALDI

Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib. Xatırladaq ki, Hande Erçel bir müddət əvvə

18.12.2025 187
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

18.12.2025 202
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

18.12.2025 176
.

TOP MP3